Əsas Səhifə > Siyasət, Manşet > Əli İnsanovun son bəyanatı cəmiyyətə belə təsir edib

Əli İnsanovun son bəyanatı cəmiyyətə belə təsir edib


26-12-2013, 11:03
Əli İnsanovun son bəyanatı cəmiyyətə belə təsir edib
Redaksiyamıza yazılan məqalə: «Biz Əli İnsanovu yaxşı tanıyırıq, hələ unutmamışıq»

DİA.AZ: - Bu günlərdə keçmiş səhiyyə naziri Əli İnsanovun bir bəyanatı yayıldı. Bildirək ki, kifayət qədər polemikalara nədən olan bu bəyanata oxucularımızdan biri də reaksiya verib. DİA.AZ olaraq elektron poçtumuza «Milətin Övladı» imzası ilə daxil olmuş həmin məqaləni olduğu kimi diqqətinizə təqdim edirik:

«Allah hər bir insana digər xarakterik keyfiyyətlər kimi mübarizlik ruhu da vverib. Kimində azdır, kimində də çox. Və bu gün mübarizə aparmaq hər oğula qismət olası tale deyil. Yəni mübarizlik bir növ kişiliyin təcəssümü kimi qəbul olunub.

Təbii ki, mübarizlik deyiləndə hədəflərə fərq qoyulub. Kimi düşdüyü durumdan çıxa bilməsi üçün, kimi arzularının reallaşması üçün, kimi də hansısa hədəfi naminə mübarizə aparır. Və bu gün Azərbaycan insanına ən arzuolunanı, ən yaraşanı da Qarabağda itirilmiş mənliyinin geri qaytarılması üçün apardığı mübarizədir. Həmçinin bu gün baş verən istənilən bir etiraza qarşı da mübarizliyini Azərbaycan insanı nümayiş etdirməlidir. Həm də zamanında…

Bu gün Əli İnsanov özünü bir mübariz kimi təqdim edir. Onun türmədən yolladığı son bəyanatını sətir-sətir oxuyanda elə bir təəssürat yaranır ki, sanki bu müraciəti, bu bəyanatı rəhmətlik Nelson Mandella və yaxud da ömrünü Hindistanın azadlığına həsr etmiş Qandi yazıb. Ən azından Əli İnsanova yaraşmırdı bu sözlər.

İstənilən halda, Allah hər bir məzluma yardımçı olsun. Və bu gün də dualarımız Əli İnsanovdan yanadır. Allah onun qapısını açsın, ailəsinə qovuşdursun. Bunlar öz yerində. Amma bir məsələ də var: Əli İnsanov nədən öz keçmişini unudur?

Tammam, Əli İnsanov öz keçmişini unudursa, bizə nə olub? Biz nədən unuduruq?

Məcər Əli İnsanovun nazir olduğu dönəmləri, bir jurnalistə «konkret rədd ol» deməsini mətbuat beləmi tez yaddaşından sildi ki, bu gün Əli İnsanovun barəsində Nelson Mandella təəssüratının yaradılmasına dəstək verirlər?

Nə baş verir? Bu, həmin Əli İnsanovdur ki, onun dönəmlərində Azərbaycan səhiyyəsi sözün əsl mənasında faciəli durumda idi. Doğrudur, indi də səhiyyəmizdə öyünüləsi heç nə yoxdur. Lakin Əli İnsanovun nazir olduğu dönəmlərdə bir xəstə pulunu verməsəydi, canını tapşırmalı olurdu. Fakt deyilmi? Hər halda, bu gün də xəstələr ölür, amma Əli İnsanovun dövründə olduğu kimi pulsuzluqdan yox. Çarəsizlikdən yox… Bu gün hansısa yeni doğulmuş körpəyə görə pul ödəyə bilməməsi səbəbindən valideynlər körpəniköpəklərə yedizdirmirlər…

Təbii ki, mən də bir insanın mövqeyində yaxşılığa doğru dəyişikliyi təqdir edirəm. Amma bu o demək deyil ki, həmin insan keçmişini unutmalıdır. Əli İnsanov bağırsın. Amma qulaqlarımızı batıracaq həddə yox. Çünki onun nazir olduğu dönəmlərdə bu qulaqlarımız çoxdan karlaşıb. Biz onu eşitmirik. O, əslində öz davasını aparır və azadlığa buraxılacağı təqdirdə türmədəki Əli İnsanovdan əsər-əlamət qalmayacaq. Bunu yaxşı bilirik.

Ona görə də bu adamdan qəhrəman düzəldilməsinə heç ehtiyac yoxdur. Çünki… Biz Əli İnsanova bələdik, onu yaxşı tanıyırıq. Unutmamışıq»…

Geri qayıt