Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > ŞOK: rəsmi Bakı Qarabağ naminə naziri yola salır

ŞOK: rəsmi Bakı Qarabağ naminə naziri yola salır


26-12-2013, 10:05
ŞOK: rəsmi Bakı Qarabağ naminə naziri yola salır
Azərbaycanın xarici siyasət kursu ənənəvi durğun nöqtədən çıxacaq: Məmmədyarov yola salınır

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir xəbər yayıldı ki, Azərbaycanın xarici siyasət idarəsində də rəhbər dəyişikliyi həyata keçiriləcək. Yəni söhbət Elmar Məmmədyarovun görəvindən ayrılacağı ilə bağlı idi. Xəbərdə deyilirdi ki, president semkilərindən sonar Elmar Məmmədyarov yola salınır. Lakin sonradan bu məlumat öz təsdiqini tapmadı. Xatırladaq ki, sözügedən informasiyalar dövrü mətbuata Putinin Bakı səfəri ərəfəsində ötürülmüşdü.

Amma buna baxmayaraq, Elmar Məmmədyarovun bir başqa şəxslə əvəzlənəcəyi məsələsi gündəmdən yığışmadı. Bu gün də redaksiyamıza çox etibarlı qaynaqlardan XİN başçısı ilə bağlı xəbərlər daxil olub. Məlum olur ki, xarici işlər naziri postuna həqiqətən də yeni bir kadr hazırlanır.

Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən aydın olur ki, Elmar Məmmədyarovu Səməd Seyidov əvəzləyə bilər. Məlumata görə, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidovaun namizədliyi birbaşa olaraq prezident tərəfindən irəli sürülüb:

«Doğrudur, Səməd Seyidova biz hələlik ehtiyatda olan nazir kimi yanaşa bilərik. Çünki Elmar Məmmədyarovun hələlik gələn ilin mart ayına qədər öz postunda saxlanılması qərarlaşdırılıb. Amma yenə də dəyişiklik olacaq».

Mənbə bildirdi ki, Səməd Seyidova nazir olduqdan sonra əlavə səlahiyyətlər də tanınacaq: «Məlumdur ki, bu gün Azərbaycanda XİN başçısı postu kifayət qədər strateji və mühüm post hesab olunur. Bu baxımdan Azərbaycanda xarici siyasət idarəsində peşəkarlara ehtiyac çoxdur. Doğrudur, hələlik bu istiqamətdə ciddi böhran olmasa da, hər halda, yeni kadrlara ehtiyac var».

Mənbə bildirir ki, xarici işlər nazirliyində Səməd Seyidova ciddi kadr islahatları həyata keçirə bilməsi üçün də fürsət yaradılacaq: «Bu gün Avropada təhsil alıb gəlmiş yetərincə kadrlar var. Onlardan istifadə olunmalıdır. Və səməd müəllim də bu yöndə görəvləndiriləcək».

Məlumatı verən mənbə onu da iddia edir ki, əslində bütün bu dəyişikliklər sırf olara Qarabağ probleminin həlli istiqamətində rəsmi Bakının dönüş xəttinə yaxınlaşması kimi xarakterizə olunmalıdır: «Azərbaycan müdafiə nazirini dəyişdirdi. Yəni bununla ənənəvi hərbi siyasətdən vaz keçildiyi nümayiş olundu və hətta gətirilən yeni kadrların əksəriyyətinin müharibə ovqatında olması önə sürüldü. Yəni kabinet generalları yola salındı, əvəzində müharibə görmüş hərbçilər önə verildi».

Mənbəmiz bildirir ki, Qarabağ probleminin həlli ilə bağlı digər məsul qanad - xarici siyasət idarəsi də anoloji qaydada dəyişikliyə məruz qalmalıdır: «Doğrudur, Elmar Məmmədyarov uğurlu bir fiqurdur. Hansısa mənada. Amma indi dəyişiklik vaxtıdır. Rəsmi Bakı xarici siyasət kursunda məhz Qarabağla bağlı yeniliklər etmək fikrindədir. Və bu da nazir postuna yeni kadr gətirilməsini, həmçinin XİN-də islahatların aparılmasını zəruri edir».

Geri qayıt