Əsas Səhifə > Hadisə > MOSKVADA AZƏRBAYCANLI AVTORİTET YAXALANDI

MOSKVADA AZƏRBAYCANLI AVTORİTET YAXALANDI


13-02-2012, 12:30
MOSKVADA AZƏRBAYCANLI AVTORİTET YAXALANDI

ARİF CİNAYƏTKAR QRUPUN LİDERİDİR

Rusiya paytaxtında cinayət aləmində “Arif” ləqəbi ilə tanınan kriminal avtoritet polis tərəfindən saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin mərkəzi federal dairə üzrə Baş İdarəsi bu haqda rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Moskvanın Varşava şosesində yerləşən “Qabal” restoranında Azərbaycanda doğulmuş 1961-ci il təvəllüdlü Mehdiyev Arif Nurəddin oğlu saxlanılıb.

A. Mehdiyevin adam və mənzil oğurluğu, eləcə də narkotik alveri ilə məşğul olan azərbaycanlılardan ibarət cinayətkar qrupun lider olduğu bildirilir. Saxlanılarkən o, polisə Azərbaycan vətəndaşına aid saxta pasport göstərib. Onun üzərində 1,23 qram heroin aşkarlanıb. Fakt üzrə cinayət işi açılıb.


Geri qayıt