Əsas Səhifə > Sosial, Manşet, Ana xəbərlər > 13 uşaqlı ailə toplu halda aclıq aksiyasına başladı
13 uşaqlı ailə toplu halda aclıq aksiyasına başladı25-12-2013, 11:11 |
Sabunçunun icra başçısı Adil Vəliyev çoxuşaqlı ailə başçısının başına oyunlar açır DİA.AZ: - Məmur özbaşınalığına və haqsızlığa məruz qaldığını deyən 13 övlad atası, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küç, ev26/1 ünvanda yaşayan Camalov Həsən Sərkər oğlunun şikayət məktubunu diqqətinizə təqdim etmişdik. Bildirək ki, DİA.AZ-a başına gələnlərlə bağlı yenidən müraciət etdiyini deyən narazı vətəndaş, hələ də probleminin həll olunmadığını, təhlükə altında olduğunu deyir. “Mən və bütün Ailəm, bu gün, 2013-cü ilin 25 dekabrından etibarən, haqqımız bərpa olana qədər aclıq aksiyasına başladıq. Bu haqda, bir həftə öncədən, bütün Dövlət orqanları və bütün Kütləvi İnformasiya Vasitələrinə məlumat vermişəm. Amma bu dəqiqəyə qədər, nə bir Dövlət qurumundan nə də KİV-dən bizə bir telefon zəngi belə olunmayıb” deyən vətəndaş şikayət məktubunda yazır: “Yazıb Sizə bildirirəm ki, artıq 10 aydır, Sabunçu RİH-nin Başçısı Adil Vəliyev, müavinləri Şakir Alıyev, Qəzənfər Həsənov və onların himayə etdikləri "Bərgüşad"-Ş MMC-nin sahibi Əliabbas Məmmədov tərəfindən mənə və ailəmə qarşı tutulmuş qərəzli mövqe, törədilən haqsızlıq, qanunsuzluq və bütün bunlardan irəli gələn təhlükə ilə qarşı-qarşıyayıq. Bu müddət ərzində şikayət etmədiyim heç bir Dövlət qurumu qalmayıb. Evimizə çox yaxın (3 metr), 11 mərtəbəli bir bina inşa edilir. Uşaqlarım daima həyati təhlükə altında yaşayır. Eyni zamanda evimizi dəyər-dəyməzinə əlimizdən almaq istəyirlər. Bu azmış kimi, son gönlərdə Adil Vəliyev qərəzli şəkildə, Bakıxanov qəs, Sülh küç,14/2 ünvanda yerləşən, sənədlə bizə məxsus 400 kv.m torpaq sahəmizi qeyri-qanuni olaraq kimə isə satıb, adını da “Baksovetin sərəncamı var” qoyub. 13.12.2013 tarixdə, SRİH-nin başçısı Adil Vəliyevin qəbulunda oldum:“Cənab başçı, siz bu rayonda ölkə prezidenti, cənab İlham Əliyevi təmsil edirsiniz, sizdən haq və ədalət gözləyirəm, mənə qarşı aşkar qərəzlilik vardır. 13 övlad böyüdənin malını əlindən alacağınıza canını alın”dedim. 10.12.2013- tarixdə ünvanladığım məktubda- “Haqsızlığa son qoymasanız, mən bütün ailəmlə bərabər aclıq aksiyasına başlayacağam” deyə bildirmişdim. Amma qəbul günü mənə göstərdiyi münasibətdən anladım ki, yaranacaq acınacaqlı hal icra başçısı Adil Vəliyevi qətiyyən narahat etmir. İnanın artıq cana doymuşuq. Bizim haqqımız tapdalanır. Ümid edirik ki, bu addımımız icra başçısı Adil Vəliyevi bizə qarşı tutduğu qərəzli mövqedən, bizə qarşı atdığı hər cür haqsız və qanunsuz addımdan çəkindirər. Prezident İlham Əliyevin 23 dekabr. 2013 müşavirəsində dediklərindən özü üçün bir nəticə çıxardar”. Uca olan Allaha xatir, bizə dəstək verin, bizə köməklik göstərin!” Geri qayıt |