Əsas Səhifə > Siyasət, Manşet > Beyləqanın icra başçısı ilk «qurbana» çevrilə bilər

Beyləqanın icra başçısı ilk «qurbana» çevrilə bilər


25-12-2013, 10:19
Beyləqanın icra başçısı ilk «qurbana» çevrilə bilər
Vaqif Abdullayevin rəhbərliyi altında hazırlanan hesabatda belə korrupsiya izi var

DİA.AZ: - Beyləqanın icra başçısı Vaqif Abdullayev vəzifə başında yeni olsa da, özü barəsində xeyli qalaq-qalaq şikayət məktublarını «təşkil elətdirməyi bacarıb». Hər halda, bu gün Prezident Administrasiyasına, Baş prokurorluğa və digər müvafiq dövlət qurumlarına 2012-ci ildən Beyləqana başçılıq edən Vaqif Abdullayevin barəsində çox ciddi problemlərin əks olunduğu şikayət məktubları ünvanlanıb ki, bu barədə də yaranmış səs-küy «yuxarıların» da diqqətini cəlb etməkdədir.

DİA.AZ-a hökumət içindəki məenbələrdən daxil olan informasiyada qeyd olunur ki, Vaqif Abdullayevin və həmçinin vəzifə başında yeni olan digər icra başçılarının arxayın düşmələri əslində onları çətin vəziyyətə sala bilər. Hər halda, ortada bir Şəki nümunəsi varg. Xatırlayırsınızsa, Şəkinin icra başçısı postunu tutmuş Murad Cabbarlı vəzifə başında cəmi bir il bir ay qala bilmişdi. Belə ki, 2011-ci ili naprel ayının 21-də icra başçısı postuna təyin olunan Murad Cabbarlı 2012-ci ilin may ayının 23-də vəzifəsindən azad edilmişdi. Buna səbəb isə Murad Cabbarlının bir sahibkarın ölümünə nədən olması faktı idi. Yəqin ki, bu olayı indi də xatırlayırlar.

Redaksiyamızı bilgiləndirən məlumatlı mənbə bildirir ki, artıq Vaqif Abdullayevlə bağlı gələn şikayətlərin artması, həbaleə Beyləqan rayon icra hakimiyyətinin 2013-cü ilin yekunları ilə bağlı hazırladığı maliyyə hesabatı sənədlərində ciddi yeyinti faktlarının az qala etiraf olunacaq həddə göstərilməsi icra başçısının durumunu qəlizləşdirib.

Mənbənin söylədikləri: «Ola bilsin ki, gələn ilin yanvar ayında Beyləqan rayon icra hakimiyyətində total yoxlama həyata keçirilsin. Bir zamanlar Prezident Administrasiyasının işçisi olmuş Vaqif Abdullayev bu yoxlama qərarından nəinki yayına bilməyəcək, həm də bu proses onun vəzifəsindən alınması ilə nəticələnə bilər».

Mənbənin söylədikləri: «Məlumdur ki, rəsmi Bakı korrupsiyaya qarşı mübarizə ilə bağlı 3 illik fəaliyyət proqrammı təsdiqləmişdi ki, gələn il həmin proqramın yekunları ilə bağlı hesabat veriləcək. Hər halda, bu hesabatın daha da samballı görünməsi, mahiyyət daşıması üçün icra başçıları düşərgəsində də görüləcək tədbirlər nəzərə çarpdırılmalıdır. Və bu əsnada Vaqif Abdullayev həmin hesabatda əks oluna biləcək potensial «mənfi qəhrəmanlardan» biridir».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt