Əsas Səhifə > Gündəm, Manşet > İrəvanda Qarabağı Azərbaycana satma təklifi səsləndi
İrəvanda Qarabağı Azərbaycana satma təklifi səsləndi25-12-2013, 09:25 |
Ermənilər işğal etdikləri torpağımızı hərraca çıxardılar və qiymət qoydular: 28 MİLYARD DİA.AZ: - Erməni mətbuatında maraqlı bir xəbər yer alıb. Müxalifyönlü «armenianreport» portalında gedən informasiyada bildirilir ki, son günlər erməni gəncləri arasında «Fasebook» sosial şəbəkəsində bir təbliğat aparılır və gənclərə bir sual ünvanlanır: «QARABAĞI AZƏRBAYCANA NEÇƏYƏ SATAQ?» DİA.AZ-ın erməni mətbuatına istinadən verdiyi xəbərdə qeyd olunur ki, erməni gəncləri böyük həvəslə bu kampaniyaya qoşulublar və əksəriyyətin fikri belədir ki, Azərbaycan gec-tez Qarabağ uğrunda müharibəyə başlayacaq və bu torpaqların Ermənistanda saxlanılması qeyri-mümkündür: «Hətta bəzi erməni gəncləri Qarabağı ÖLÜM VADİSİ adlandırıraraq fikirlərində belə bildiriblər ki, İrəvandan erməni gəncləri Qarabağa ölmək üçün göndərilir və Qarabağ İrəvan hakimiyyətinin əlində erməni xalqına bir cəza mexinizmi kimi lazımdır». Daha sonra erməni mətbuatında yazılır ki, gənclərin əksəriyyəti Qarabağın Azərbaycana savaş yolu ilə verilməsindənsə, pulla satılmsı daha məqsədəuyğundur: «Erməni gəncləri belə düşünür: «Savaşda həm insan itirəcəyik, həm də pul. Ondansa Qarabağı Azərbaycana satmaq lazımdır». Daha sonra erməni gəncləri Qarabağın Azərbaycana müxtəlif qiymətlərə və şərtlərlə satıla biləcəyin haqda fikirlərini bildirirlər». «Armenianreport»un yazdıqlarına görə, erməni gəncləri Yaponiyanın Kuril adalarının müqabilində Rusiyaya təklif etdiyi məbləğ qədərində Azərbaycandan pul istənilməsi fikrinə daha çox səs veriblər. Qeyd edək ki, SSRİ dağıldıqdan sonra rəsmi Tokio Kremllə Kuril adalarının Yaponyaya qaytarılması üçün danışıqlar aparsa da, Rusiyanın bu məsələdəki qəti mövqeyi sonradan həmin danışıqların yarımçıq saxlanılmsına nədən oldu. Onu da xatırladaq ki, o zaman Yaponiya ruslara adaların müqabilində 28 milyard ABŞ dolları təklif edirdi. Bu isə o deməkdir ki, erməni gəncləri Qarabağın Azərbaycana 28 milyard dollara satılmasına tərəfdardırlar. Təbii ki, bütün bunlar bir fikir mübadiləsidir və rəsmi İrəvanın mövqeyi deyil. Amma erməni gəncliyinin bu düşüncədə olması kifayət qədər maraqlıdır… Geri qayıt |