Əsas Səhifə > Sosial, Manşet, Ana xəbərlər > Hüseyn Bağırovun nazirliyinə qarşı korrupsiya ittihamı

Hüseyn Bağırovun nazirliyinə qarşı korrupsiya ittihamı


24-12-2013, 13:21
Hüseyn Bağırovun nazirliyinə qarşı korrupsiya ittihamı
Qanunsuz balıq ovundan ETSN-nin işbaz məmurları külli miqdarda qazanc əldə edirlər

DİA.AZ: - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETST) Ərazi ekologiya və təbii sərvətlər şöbəsi, missiyasının əksinə fəaliyyət göstərir. Qurum Şəmkir rayon Yenikənd və Mingəçevir su anbari ərazisində bioloji resurslarin mühafizəsini təşkil etmək, eləcə də qanunsuz ov edilməsi hallarının qarşısının alınması istiqamətində tədbirlər görmək əvəzinə buna şərait yaradır.

Adıçəkilən ərazidən DİA.AZ-a daxil olan məlumatlarda bununla bağlı təkzibolunmaz faktlar üzə çıxıb. Məlum olub ki, ayrı-ayrı brokonyerlərdən rüşvət alan nazirlik nümayəndələri onların Kür çayında kütləvi balıq ovu ilə məşğul olmalarına imkan yaradırlar. Adıçəkilən ərazilərdə yüzlərlə qeyri-qanuni balıq vətəkələri, lisenziyası olmadan matorlu katerlərlə kür çayı hövzəsində olan bioloji resurslara qənim kəsilib.

Şəmkir rayonu Kür qəsəbəsinin Yenikənd Balıqartırma və Meliorasiya Təsərrüfatı zavodunun ərazisindən Mingəcevir Su anbarı ərazisinə qədər brakonyer dəstələrinə addımbaşı rast gəlinir. Hər bir brakonyer dəstənin arxasında yüksək vəzifə sahiblərinin durduğunu həm brakonyerlərin özləri, həm də ekolgiya işçiləri etiraf edirlər.

Kür çayı boyu brakonyerlərin istirahəti üçün çadır, gil kərpic və dəmir vaqonlarda kazarma tikməyi də unutmayıblar. Brakonyer dəstələr öz işlərini Ərazi ekologiya və təbi sərvətlər şöbəsinin müfəttişləriylə zor şərtlər altında sürdürməli olurlar. Bu ərazilərdə ən çox balıq ovuyla Samux rayonunun Sünülər və Hacallar kəndinin sakinləri məşğuldurlar.

Bizi məlumatlandıran mənbənin sözlərinə görə bir ədəd matorlu katerlərə hər gün bu işlə məşğuldurlar. Buna görə də aylıq haqq olaraq 175 manat ekologiya şöbəsinə çatdırılır: «Hər ay «haqq» Şakir adlı şəxs vasitəsiylə Adil Vəliyevə yollanılır. Motorsuz qayıqların (dəhnələr) aylıq «haqq»ı isə 100 azn təşkil edir. Əlavə olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji resursların Artırılması və Mühafizəsi Departamenti, Ətraf Mühitin Mühafizəsi Departamenti və onların regional ərazi ekologiya şöbələri balıqçılardan, yeni ilin gəlişi ilə bağlı ETSN-nə, «səbət» adıyla 50 manat pul yığırlar.»

Geri qayıt