Əsas Səhifə > Siyasət, Manşet, Ana xəbərlər > Aydın Bəşirovun «gəmisini batıran» ilginc qalmaqal

Aydın Bəşirovun «gəmisini batıran» ilginc qalmaqal


24-12-2013, 12:37
Aydın Bəşirovun «gəmisini batıran» ilginc qalmaqal
Sabiq XDGİ rəisinin əlindəki sərvətə də əl qoyulur: Artıq ona məxsus 6 gəmi geri alınıb

DİA.AZ: - Hələ xeyli əvvəldən «yaxın günlərdə Dəniz Kənarı Milli Park ərazisində yerləşən Yaxt Klub köçürülməlidir» xəbəri yayılsa da bu yöndə heç bir irəliləyiş müşahidə olunmur. Qeyd edək ki, Dövlət Şəhər salma və Arxitektura komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun mətbuata verdiyi açıqlamada bildirilirdi ki, Dəniz Kənarı Milli Parkın ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq "Yaxt Klub"un yeri dəyişdirilərək Ələt istiqamətində sahil zonasında yenidən inşa edilməsi nəzərdə tutulur.

Əvvəlki görkəmindən bir qədər fərqlənəcək “Yaxt Klub”un yeni quruluşu tam Avropa standartlarına uyğun olacaq. Hazırki restoranın yerində isə yalnız sakinlərin istirahəti üçün dənizin içərisinə doğru park salınacaq. Qeyd edək ki, “Yaxt Klub”-un köçürülməsi Bakının yeni Baş Planına daxildir və köçürülmə işlərinin 2030-cu ilə kimi başa çatması nəzərdə tutulub.

Onu da bildirək ki, «Yaxt Klub»un özü təzə tikililərdən hesab olunur və bu obyektin inşası zamanı Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirov çox ciddi problemər yaşayıb. Əslində problemləri ilk əvvəl yaşadan Aydın Bəşirov olub. Lakin sonradan özü yaratdığı problemin hədəfinə çevrilib. Və indii də bu problemlə bağlı başının ağrıdığı söylənilir.

Bu barədə DİA.AZ-a hakimiyyət içindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, Aydın Bəşirov zamanında «Yaxt Klub»un inşasını həyata keçirən iş adamına fırıldaq gəlmək istəyib.

Bu barədə mötəbər mənbənin söylədikləri: «Həmin sahibkarla bağlanan müqavilədə işin icrasının smetası 2 milyon 700 min manat göstərilib. Halbuki, «Yaxt Klub» inşa olunarkən real olaraq 700 min manat pul sərf edilib. Amma buna baxmayaraq, korrupsiyaya yol verən XDGİ-nin sabiq rəisi bu yolla 2 milyon manat qazanmağı düşünüb».

Mənbə bildirir ki, amma bununla da kifayətlənməyən Aydın Bəşirov işin icraçısı olan sahibkara həmin 700 min manatı verməkdən də vaz keçib və əlindəki imkanlardan, eləcə də hakim komandadakı statusundan istifadə edərək sahibkarı incitməyə başlaıb. Məsələ təxminən 6-7 ay uzanıb və sahibkara açıq şəkildə bildirilib ki, «Yaxt Klub»un inşasına sərf etdiyi vəsait və ona çatacaq 700 min manat ödənməyəcək.

Hətta Aydın Bəşirov bu məsələdə prezidentin adından da istifadə edib. Bu barədə mötəbər qaynağın söylədikləri: «XDGİ-nin sabiq rəisi sahibkara bildirib ki, həmin obyekt elə bil, prezidentə bağışlanıb, buna görə də pulu istməkdən vaz keçməlidir».

Aydın Bəşirovun «gəmisini batıran» ilginc qalmaqal

Lakin iş icraçısı da sakit dayanmaraq haqqını tələb etməyə başlayıb və öyrənə bilib ki, əslində «Yaxt Klub»un inşası üçün dövlət tərəfindən tələb olunan müvafiq maliyyə vəsaiti ayrılıb və bu işdə prezidentin adından istifadə olunması da özbaşına şəraitdə baş verib və bundan sonra həmin sahibkar artıq bütün şikayətçilərin döyə biləcəyi son ümid qapısı olan Heydər Əliyev Fonduna üz tutub.

Mənbə bildirir ki, həmin sahibkar üzləşdiyi problemi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdıra bilib: «Və bundan sonra da Aydın Bəşirovun qara günləri başlayıb. Məlum olub ki, XDGİ-nin rəisi nəinki sahibkara, eyni zamanda dövlətə «atıb». Müqavilədə 2 milyon 700 manata başa gələn obyektin real qiyməti 700 min manat olub».

Aydın Bəşirovun «gəmisini batıran» ilginc qalmaqal

Amma buna baxmayaraq, Aydın Bəşirov «yuxarılara» sübut etməyə çalışıb ki, obyekt həqiqətən də müqavilədə göstərilən qiymətə ərsəyə gəlib: «Bu da ona xeyir gətirməyib. Belə olan təqdirdə Heydər Əliyev Fondu şikayətçi düşmüş sahibkara həmin vəsaitin ödənilməsini tələb edib. Yəni Aydın Bəşirov 700 min manatını mənimsədiyi sahibkara 2 milyon 700 min manat pul ödəməli olub».

Onu da bildirək ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəisinin rəisi Aydın Bəşirovla bağlı redaksiyamıza daha ilginc korrupsiya faktları daxil olub və artıq əməkdaşlarımız həmin faktları araşdırmaqla məşğuldur. Yaxın günlərdə həmin bilgiləri də diqqətinizə çatdıracağıq.

Aydın Bəşirovun «gəmisini batıran» ilginc qalmaqal

Onu da bildirək ki, Aydın Bəşirovun «vurulmasında» məhz bu hadisənin xüsusi rol oynadığını bildirən məlumatlı mənbə onu da vurğuladı ki, artıq XDGİ-nin sabiq rəisinin əlindəki sərvətlər də bir-birinin ardından geri alınmağa başlayıb. Mənbə iddia edir ki, Aydın Bəşirov vəzifəsindən alındıqdan sonra ona məxsus olan 6 gəmi ayrı-ayrı şəxslərə «bağışlanılıb». Prosesin hələ də davam etdiyi söylənilir.

Geri qayıt