Əsas Səhifə > Gündəm, Manşet > PKK BAKIDA TƏBLİĞATA BAŞLAYIB

PKK BAKIDA TƏBLİĞATA BAŞLAYIB


13-02-2012, 11:54
PKK BAKIDA TƏBLİĞATA BAŞLAYIB

«DIPLOMAT» HƏR KƏSİN GÖZÜ ÖNÜNDƏ TERRORUN VƏ SEPARATİZMİN TƏBLİĞİNƏ KEÇİB

DİA.AZ: - Azərbaycan respublikasının vətəndaşı, «Diplomat» qəzetinin baş redaktoru Tahir Süleyman. O, bu dəfə «diplomata-kurdi.com» internet səhifəsini yaradıb. Onun dərc etdirdiyi «Diplomat» qəzetini oxucular çətinliklə tapsalar da (qəzet açıq satışa çıxarılmır), internet səhifəsini izləmək, Azərbaycan və Türk Dünyasına qarşı beynəlxalq güclərin «kuklası» rolunda çıxış etmiş kürd separatizmini dəstəkləyən «liderlər»in və «qurumlar»ın diplomata-kurdi.com internet səhifəsində geniş şəkildə təbliğ olunması artıq kələfin ucunu və strateji hədəflərin uzantılarının mənasını üzə çıxarıb.

Diplomata-kurdi.com Azərbaycan türkcəsində, kürd və rus dillərində yayınlanır. Bu internet qəzetinin səhifələrində kürd separatizminin başında durmuş və 30 min nəfərdən çox Anadolu Türkünün qətliam olunmasına rəhbərlik etmiş cocuq qatili, günahsız insanların qanını içməkdən doymayan vampir Abdulla Öcalanın eninə, geninə təbliğinə geniş yer verilib.

Diplomata-kurdi.com-un internet səhifəsində 1950-1990-cı illərdə keçmiş Sovetlər Birliyinin, sonradan Fransa, ABŞ və İngiltərinin, 2003-cü ildən isə İsrailin maliyyə dəstəyi ilə Kərkük Vilayətində türkmanlara qarşı soyqırım siyasətlərini aparan, bu torpaqlarda uydurma «Kürdüstan Muxtariyyəti»nin qurulması üçün «kukla rejim» yaradan bərzanilər nəslinin təbliğinə geniş yer verilmişdir.

Azərbaycan vətəndaşı olmuş və Sovetlər Birliyi boyunca yaşayan kürdlərin «böyük ağsaqqalı», eləcə də «YEKBUN» təşkilatının lideri qismində bir zamanlar Abdulla Öcalanla məxvi görüşlərdə iştirak etmiş Məhəmməd Süleymanoviç Babayevin şəkilləri də diplomata-kurdi.com-un internet səhifəsində yerləşdirilib.

Bütün bunlar azmış kimi, uzun illər PKK-ya açıq şəkildə dəstək vermiş, onun sıralarının genişlənməsi üçün böyük bir şəbəkə qurmuş, nəticədə Türkiyənin ədalət məhkəməsinin qərarı ilə məhbəsə atılmış Leyla Zana belə Tahir Süleymanın baş redaktoru olduğu internet saytında «milli qəhrəman»a çevrilib. Elə Leyla Zananın ardınca PKK-nın ikinci adamı Murad Qarayılanla bağlı daha üstün səviyyədə materiallar yerləşdirilib.

Saytda Qarabağ ətrafında «Qızıl Kürdüstan» projesi yenidən gündəmə gətirilib. Tarixi arayış üçün deyək ki, 1924-cü ildə Azərbaycan torpaqlarında ermənilər üçün «Dağlıq Qarabağ Muxtar Vilayəti» quruldu. Bunun ardınca isə Qarabağ ətrafında «Qızıl Kürdüstan» yaradılması üçün hərəkətə keçildi. İrəvandakı mətbəələr Azərbaycanın ərazisində elan olunmuş «Qızıl Kürdüstan» projesi olaraq Laçın, Qubadlı, Zəngilan və Kəlbəcər bölgələrində təhsil sisteminin, yerli inzibati idarəetmənin kürdləşdirilməsi üçün kitablar, kargüzarlıq işləri üçün dəftərxana ləvazimatları hazırlamağa başladılar. 1930-cu illərdə Qarabağ və Zəngəzurun milli qüvvələri bu siyasətin qarşısını böyük bir qərhrəmanlıqla ala bildilər. 1992-ci ildə Laçın rayonu işğal olunduqdan sonra burada Knyaz Mustafayev və onun tərəfdarları qurultay keçirərək «Qızıl Kürdüstan» ideyasını yenidən gündəmə gətirdilər. Budur, Azərbaycan işğal olunmuş torpaqlarının azad edilməsi üçün illərdir dünya gücləri ilə üz-üzə qaldığı bir məqamda dövlətmizin kürəyinə saplanan «Qızıl Kürdüstan» siyasətinin hədəfləri uzaqvuran artilleriya kimi gündəmə gətirilməkdədir. Bir zamanlar Şamil Əsgərov kimiləri də bu yöndə addım atmaq istədilər. Hətta öz oğlu Həjar Əsgərovu da girov qismində yeni «ağaları»nın xidmətinə göndərdi. İndi bu estafeti Tahir Süleyman kimi birisi öz öhdəsinə götürmək istəyir.

Görəsən Azərbaycan iqtidarının bu şeytanlıqdan bir xəbəri varmı? Azərbaycanın çox da uzaq olmayan keçmişində süni şəkildə ermənilərin və digər güclərin dəstəyilə yaradılan «Ləzgi Xalq Partiyası», «Talış Xalq Partiyası», «Azad-Avarıstan Partiyası» kimi qurumları yaradanlar indi haradadırlar? Onlar umduqlarını əldə edib qaçıb gizləndilər. Sadə ləzgi, avar və talış xalqı isə biz türklərlə öncələrdə olduğu kimi mehriban bir ailə kimi yaşamaqda davam edirlər. Tahir Süleymanlar da antitürk xislətini ortaya qoymaqla həjarların, knyazların, vəkillərin aqibətini yaşamağa məhkum olacaqdır.

Nəsimi

Geri qayıt