Əsas Səhifə > Hadisə > Bakıda restoranda məmuru taladılar

Bakıda restoranda məmuru taladılar


24-12-2013, 10:42
Bakıda restoranda məmuru taladılar
"Azərsu"nun işçisinin 2200 manatını aparıblar

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən restoranda oğurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, T.Əliyarbəyov küçəsi 14 ünvanında (Fəvvarələr meydanı yaxınlığı) yerləşən “İl Patio” restoranında qonaq olan Nərimanov rayon sakini Yusifov Fuad Fəxrəddin oğlunun 2200 manat pulu oğurlanıb. Polisə şikayət edən F.Yusifov bildirib ki, pul onun əyləşdiyi masadan götürülüb.

Qeyd edək ki, F.Yusifov “Azərsu” ASC-də şöbə rəisinin müavini vəzifəsində çalışır. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt