Əsas Səhifə > Siyasət, Manşet, Ana xəbərlər > ŞOK: Azərbaycanın «XalqBank»ının adı çirkli oyunlarda!

ŞOK: Azərbaycanın «XalqBank»ının adı çirkli oyunlarda!


24-12-2013, 10:35
ŞOK: Azərbaycanın «XalqBank»ının adı çirkli oyunlarda!
Türkiyədə baş verən məlum hadisələrin daha bir ucu Azərbaycana çıxır: Bank sektorunda İran izi

DİA.AZ: - Qardaş Türkiyədəki məlum həbslərin Azərbaycanda böyük rezonans doğurması faktdır. Hər halda, bu gün müşahidə olunanlar da belə deməyə əsas yaradır ki, hansısa sirli qüvvə rəsmi Ankaranın şəklinin dəyişdirilməsi üçün hərəkətə keçib və bunun üçün seçki ərəfəsinin seçilməsi də təsadüfi deyil. Elə bu gün Ankaranı rəsmən təmsil edən Ədalət və Qalxınma Partiyasının lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da verdiyi açıqlamalar məlum qənaəti daha da möhkəmləndirir.

Bildirək ki, rəsmi Ankara həbslərin arxasında Amerikanın xüsusi xidmət orqanlarının dayandığını iddia edir. Və iddia olunur ki, bu yolla Ərdoğan iqtidarının devrilməsi planlaşdırılıb. AKP hakimiyyətinin açıqladığı faktlara görə, son hadisələr fonunda dünya birjasında Türkiyə dövlətinin şirkətləri, bank sektoru ciddi şəkildə zərərə uğrayıb. Ümumi ziyan 20 milyard ABŞ dolları həcmindədir ki, burada da təkcə «XalqBank»a dəyən zərərin miqdarı 2 milyard dollara çatır.

Bildirək ki, Türkiyənin «XalqBank»ının adı da məlum rüşvət və korrupsiya dosyesində keçi rvə ittihamlara görə, bütün maliyyə maxinasiyaları məhz bu bankın araçılığı ilə həyata keçirilib.

Hər halda, bu gün Azərbaycanda da «XalqBank» adlı bir bankın fəaliyyətdə olduğunu bildiyimizdən bu yöndə DİA.AZ olaraq müəyyən araşdırmalar apardıq və ortaya ilginc faktlar çıxdı. Aydın oldu ki, hər iki «XalqBank»arasında bir mübhəm tellər var və bu tellər bu gün də qalmaqdadır.

İlk olaraq Türkiyənin «XalqBank»ı ilə bağlı bilgilərə baxaq. Sərmayəsində İranın xüsusi xidmət orqanlarına aid kapital olan bu banka ABŞ-ın hücumları məlum olaylara qədər də müşahidə olunub. Məsələn, bir neçə il əvvəl rəsmi Vaşintqon tərəfindən İranla əlaqələri olan banklar arasında məhz Türkiyənin «XalqBank»ının da adı çəkilirdi və hətta ABŞ tərəfindən bu banka da sanksiyalar tətbiq olunmuşdu. Lakin sonradan bu proses durduruldu və rəsmi Ankaranın səyləri nəticəsində «XalqBank» təmizə çıxarıldı.

ŞOK: Azərbaycanın «XalqBank»ının adı çirkli oyunlarda!

Amma ittihamlar durmadı. Sonradan - 2010-cu ilin oktyabr ayında «XalqBank» yenidən ittiham hədəfi oldu. Bu dəfə məşhur «VikiLiks» təşkilatı Türkiyənin «XalqBank»ını İrandan ötürülən çirkli pulların yuyulma ünvanı kimi təqdim etdi. Və ittihamlar havada da ilişib qaldı. Eynən Azərbaycanda olduğu kimi.

Bəli, məhz Azərbaycanda olduğu kimi. Çünki Culian Assancın rəhbərlik etdiyi həmin «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərdə Azərbaycanın «XalqBank»ı da İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunurdu. Həmin sənədlərdə eyni zamanda məşhur Oromi qardaşlarının payçısı olduğu «Bank of Baku» və artıq fəaliyyətinə xitam verilmiş «RoyalBank» da eyni qaydada İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunurdu.

Yəni buradan da aydın olur ki, bir millətin iki dövləti yox, həm də eyni adda iki bankı da var imiş ki, bu banklar da bir-birilə əlaqəli şəkildə fəaliyyət göstərib. Bu faktı isə DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində ortaya çıxara bildik. Bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, Türkiyənin «XalqBank»ı ilə Azərbaycanın «XalqBankı» eyni iqtisadi maraqları güdüb və demək olar ki, eyni ələ işləyiblər. Bu əl isə İranda oturub.

Bəli, İranda!

İndi isə məlum həbslər zamanı qolları qandallanan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın istintaqa verdiyi məşhur ifadəni xatırlayaq: «Əmrləri Azərbaycandan və İrandan almışam»… Bunu xatırladan mənbəmiz iddia edir ki, əslində Rza Zərrab məhz bu əlaqələrə işarə edib. Yəni Azərbaycanın «XalqBank»ı da məlum korrupsioner şəbəkənin maliyyə əməliyyatlarında birbaşa iştirakçıdır. Özü də İranın xüsusi xidmət orqanlarının sifarişi ilə.

ŞOK: Azərbaycanın «XalqBank»ının adı çirkli oyunlarda!

Bu arada mənbəmiz bir maraqlı faktı da açıqladı. Nədən Ərdoğan iqtidarı ABŞ-ın hədəfinə çevrildi? Hər halda, görüntüdə olanı o idi ki, rəsmi Ankaranın okeanın o tayı ilə münasibətləri qaydasındadır. Amma indi aydın olur ki, sən demə, Ankara İranla daha sıx əlaqədə imiş. Elə buna görə də həbslərin ilk günündə Ərdoğan iqtidarından belə bir reaksiya da gəldi: «İRANLA MÜNASİBƏTLƏRİMİZİ DAVAM ETDİRƏCƏYİK»…

ŞOK: Azərbaycanın «XalqBank»ının adı çirkli oyunlarda!

Bildirək ki, məlum həbslər zamanı Türkiyənin “XalqBank”ının – “HalkBank”ın rəhbəri Süleyman Aslanın da qollarına qandal vurulub...

Geri qayıt