Əsas Səhifə > Güney Press / Manşet > ŞOK DİALOQ: DÜÜÜD… DÜÜÜD…. DÜÜÜD!!!

ŞOK DİALOQ: DÜÜÜD… DÜÜÜD…. DÜÜÜD!!!


11-02-2012, 16:18
ŞOK DİALOQ: DÜÜÜD… DÜÜÜD…. DÜÜÜD!!!

PƏNAH HÜSYENLƏ ƏFŞAR SÜLYEMANİ ARASINDA YENİ QARŞIDURMA

DİA.AZ (zarafatyana): - Bir neçə gün əvvəl ANS-in “Ən yeni tarix” verilişinin çəkilişləri zamanı Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin dava eləməsi və buna görə də çəkilişlərin yarımçıq kəsilməsi artıq ölkə mətbuatının ən işlər mövzularındandır.

Biz də bunu nəzərə alaraq virtual da olsa, bu iki şəxs arasında yenidən görüş təşkil etdik və özü də Mirşahinin təkrar aparıcılığı ilə. Hər halda, qəzetlərə açıqlama verərək В«düz eləmişəmВ» deyən Pənah Hüseynin virtual obrazının bu dəfə nələri deyəcəyi çox maraqlıdır.

Həmin virtual debatın stenoqramını olduğu kimi diqqətinizə çatdırırıq:

Pənah Hüseyn: Düüüüd!..

Əfşar Süleymani: В«DüdВ» özünsən…

Mirşahin: Pənah, bu nədir? Əfşar bəy, sənə nə olub?

Əfşar Süleymani: Mənə В«düdВ» deməsin, mən də ona В«düdВ» deməyim…

Pənah Hüseyn: В«DüdВ» sənin özünsən…. Düdük!

Əfşar Süleymani: Mirşahin, gördün də…

Pənah Hüseyn: Mirşahin, sən bunu niyə bura çağırmısan? Özü də ikinci dəfə. Keçən dəfə dedim axı, bu adamın İran-Azərbaycan münasibətlərinə aidiyyatı yoxdur…

Mirşahin: Pənah, bu adam İranın Azərbaycanda səfiri olub…

Pənah Hüseyn: Ola bilməz. İran yəni o qədər düüüüd olub ki, bu düüüüd-ü bura səfir yollayır?...

Mirşahin: Pənah, danışığına nəzarət elə….

Əfşar Süleymani: Mirşahin, gördün də, mən heç nə demirəm ki….

Pənah Hüseyn: В«VoobşeВ» Mirşahin, sən həmişə belə edirsən, onları verilişə çağırırsan ki, bizi biabır eləsinlər…

Mirşahin: Xoşun gəlmir, gəlmə…

Pənah Hüseyn: Sən çağırırsan axı…. Bu düüüdüüük də bizim üstümüzə gəlir.

Əfşar Süleymani: В«DüüüdВ» sənin sözünsən…

Bu zaman studiyaya telekanalın başqa bir işçisi daxil olur və bildirir ki, Xəzər dənizinin ANS kanalına yaxın olan sahilləri xilasedici missiyalı gəmilərlə dolub. Sən demə, onlar В«Ən yeni tarixВ»in çəkilişlərindəki В«düüdВ»ləri SOS siqnalı kimi qəbul edərək, köməyə gəliblərmişвЂ¦

Hazırladı: SƏBUHİ


Geri qayıt