Əsas Səhifə > Ölkə, Manşet > YAP İQTİDARINDAN KREMLƏ ŞİKAYƏT
YAP İQTİDARINDAN KREMLƏ ŞİKAYƏT11-02-2012, 13:56 |
RUS CASUSUN DOĞMALARI MEDVEDYEVDƏN KÖMƏK İSTƏDİLƏR DİA.AZ: - Azərbaycanda casusluq ittihamı ilə həbs edilmiş RF vətəndaşı, Qəbələ RLS-in keçmiş hərbi qulluqçusu podpolkovnik Polad Qasımovun anası və həyat yoldaşı Rusiya prezidentinə müraciət ediblər. Onlar Qasımovun həbsdən azad edilməsində yardım istəyirlər. Doğmaları hesab edir ki, podpolkovnik saxta ittihamla həbs olunub, məhkəmə istintaqı isə qeyri-obyektiv olub. 7 dekabr 2009-cu ildə Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsi Qasımovu CM-in 276-cı maddəsi ilə (casusluq) təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edib. Onunla birgə Azərbaycan vətəndaşı, polkovnik-leytenant Pərviz Həmidov da həbs olunub. Qasımov və Həmidov Azərbaycanın hərbi obyektləri haqqında məxfi məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunublar. İstintaq materiallarına əsasən, Qasımov və Həmidov 1980-ci illərin sonlarından tanış idilər, onlar Serpuxobski ali hərbi məktəbində birgə təhsil alıblar. Həmidov hələ 1990-cı ilin əvvəllərində Azərbaycana qayıdıb və Milli Orduda qulluğa başlayıb. Qasımov isə Rusiyada qulluq edib və 2001-ci ildə valideynlərinin Azərbaycanda yaşadığını əsas gətirərək, Qəbələ RLS-də xidmətə keçirilmək istəyini bildirib. İstintaqa görə, Qasımov o vaxtdan artıq Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi. Onun vasitəsilə Rusiya kəşfiyyatı Həmidovla tanış olub və onu casusluğa cəlb edib. Sonuncu HHM komandanlığının məsul zabiti olaraq, “hərbi sirr” olan informasiyanı və xüsusən Azərbaycan HHM potensialı və Azərbaycan hərbi aviasiyasının imkanları haqqında məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürürdü. Lakin Qasımov bir müddət sonra (2009-cu ilin oktyabrında), kadrlar şöbəsinin müdiri vəzifəsində çalışdığı Qəbələ RLS-də xidmətini başa vurduqdan sonra həbs edilib. Həbs edildiyi vaxt o, Bakıda özəl “Sinəm” şirkətində işləyirdi. Məhkəmə prosesində Qasımov və Həmidov irəli sürülmüş ittihamları təkzib ediblər və ibtidai istintaqa təzyiq altında etirafedici ifadələr verdiklərini bildiriblər. Maraqlıdır ki, bu iş barədə yalnız indi – Qasımovun həbsindən 2 il sonra açıqlama verilib. Azərbaycan hakimiyyəti bu işi gizli saxlamağı üstün tütüb. Lakin həbs edilənlərin doğmaları da uzun müddət KİV-ə müraciət etməyiblər. Rusiyanın Azərbaycandakı səfirliyindən və Azərbaycan MTN-dən şərh almaq hələlik mümkün olmayıb. Müdafiə tərəfi də Azərbaycanda məhkəmə prosedurlarının bitməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verildiyinə istinad edərək, şərh verməkdən imtina edir. Strasburq məhkəməsinə iki ərizə göndərilib: biri həbs zamanı qanun pozuntuları ilə bağlı, ikincisi ittihamın mahiyyəti üzrə. Geri qayıt |