Əsas Səhifə > Ölkə, Manşet, Ana xəbərlər > DİA.AZ yeni ildən dəyişikliklər qərarını verdi

DİA.AZ yeni ildən dəyişikliklər qərarını verdi


23-12-2013, 13:40
DİA.AZ yeni ildən dəyişikliklər qərarını verdi
DİA.AZ: - Dəyərli oxucular.

Bu yeni ildən etibarən «Dünya» İnformasiya Agentliyi olaraq biz də bir sıra yeniliklər etmək fikrindəyik. Əsas yeniliyimiz isə portalımızın dizaynı ilə bağlıdır.

Belə ki, artıq 3-cü ildir oxuculara xəbər çatdırmaqla məşğul olan DİA.AZ-ın həm dizaynını və həm də loqosunu dəyişmək qərarını vermişik. Hər halda, dəyişikliklərin oxucularımız tərəfindən xoş qarşılanacağına da ümid edirik.

Loqomuzu artıq «Facebook»da müzakirəyə də çıxarmışıq və ilkin qənaətlər belədir ki, əksəriyyət dəyişikliyi uğurlu hesab edir.

DİA.AZ olaraq yeni loqomuzun anlamını da diqqətinizə təqdim edirik.


DİA.AZ yeni ildən dəyişikliklər qərarını verdi

Yeni loqomuzda DİA.AZ-ın «D» hərfi aydın oxunur. Belə ki, hilalla əmələ gələn «D» hərfində «Doğan ay»ı verməyimiz inkişafa, dirçəlişə işarədir…

Yaşıl rəng Yerə - Yer Anaya işarədir və həmin yaşıl rəngdən uzanan xəttin də aşağı ucundakı işarənin yeri göstərməsi də bundandır. Və bu da bir yerdə DİA.AZ sözündəki «İ» hərfini əmələ gətirmiş olur.

«A» hərfini isə ortadakı qırmızı üçbucaqla vermişik (Ümumiyyətlə üsbucaq «A» hərfidir və «ADAM» - ilk insan simvolu kimi də qəbul olunur). Bildirək ki, sosial şəbəkələrdəki müzakirələrdə həmin üsbucaq indidən mason simvolikası kimi təqdim olunsa da, bu yanlışdır. Bizim üçbucaq qırmızı rəngdədir və insanı xarakterizə edir. Üsbucağın sivri tininin isə yuxarıya - göyə baxması da hər zaman Göy Ataya insan oğlunun dua etməsini ehtiva edir.

Ümid edirik ki, Tanrıçılıqla əlaqələndirdiyimiz bu yeni loqomuzu da xoş qəbul edəcəksiniz.

Hər birimizə uğurlu günlər arzusu ilə…

DİA.AZ


DİA.AZ yeni ildən dəyişikliklər qərarını verdi

Saytımızın yeni dizaynı isə belədir. Güman edirik ki, zövqünüzcə olacaq...
Geri qayıt