Əsas Səhifə > Partiya > İlyas İsmayılov AİP sədri üçün prezidentə müraciət edəcəkmi?

İlyas İsmayılov AİP sədri üçün prezidentə müraciət edəcəkmi?


23-12-2013, 12:26
İlyas İsmayılov AİP sədri üçün prezidentə müraciət edəcəkmi?
31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə ölkədə əfv fərmanının imzalanacağı bildirilir. Bu barədə bir neçə hüquq müdafiəçisi, millət vəkilləri açıqlama veriblər. Lakin maraqlı olan budur ki, hüquq müdafiəçiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri bu dəfə də hansısa siyasi məhbusla bağlı əfv komissiyasına müraciət edəcəklərmi? Mövzu ilə bağlı Ədalət Partiyasının sədri İlyas İsmayılova müraciət etdik. Onu da xatırladaq ki, Ədalət Partiyası, AİP və Yaşıllar Partiyasının üzvü olduğu Vətən Blokuna daxildir.

FaktXeber.com-un “Vətən blokunun üzvü olan AİP-in günahsız yerə həbs edilən lideri Mövsüm Səmədovla bağlı əfv komissiyasına müraciət etmək fikriniz varmı”, sualını cavablandıran İlyas İsmayılov bildirdi ki, ölkədə ictimai fikrə əhəmiyyət verən yoxdur. Kimin müraciət etməsindən asılı olmayaraq sözün havada qaldığını söyləyən millət vəkili, “bu günə qədər digər məhbusların azadlığa buraxılması ilə bağlı kifayət qədər müraciətlər olunub. Lakin buna əhəmiyyət verən yoxdur”, - deyə qeyd etdi: “Mövsüm Səmədovun azadlığa çıxması ilə bağlı mənim müraciətimin təsiri olarsa çox böyük məmnuniyyətlə edərdim. Ona görə ki, kiminsə günahsız yerə həbsdə saxlanılmasını istəməzdim. Lakin təəssüflər olsun ki, ölkədə ictimai fikrə əhəmiyyət verən yoxdur.”

Geri qayıt