Əsas Səhifə > Siyasət / Manşet / Ana xəbər > Rza İbadovdan böyük siyasətə dönüş qərarı gəldi
Rza İbadovdan böyük siyasətə dönüş qərarı gəldi23-12-2013, 11:56 |
![]() Keçmiş rəsulçu millət vəkili В«Gələcək AzərbaycanВ» Partiyasında təmsil olunma qərarını verib DİA.AZ: - Bir zamanlar Rəsul Quliyevlə əlaqələri səbəbindən hədəfə çevrilən və hakim düşərgədən qovulan sabiq deputat Rza İbadov yenidən siyasi fəaliyyətini bərpa etməyə hazırlaşır. Bu barədə DİA.AZ-a etibarlı mənbələr məlumat verib. Xatırladaq ki, bu günlərdə keçmiş spiker Rəsul Quliyevin yenidən partiya yaratması barədə xəbərlər yayıldı. Və aydın oddu ki, В«Gələcək AzərbaycanВ» adlı partiyanın quruculuğunda hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov və Almaniyadan bu günlərdə mühacir statusu alan, keçmiş deputat Hüseyn Abdullayev də iştirak edə bilər. Bu barədə hələlik məlumatlar dolaşır. DİA.AZ-a verilən informasiyadan isə aydın olur ki, Rəsul Quliyevin partiyasında sabiq В«rəsulçuВ» Rza İbadov da iştirak edəcək və bu barədə tərəflər anlaşmaya varıblar. Bildirək ki, Rza İbadov zamanında Rəsul Quliyevin sayəsində В«neft maqnatlarındanВ» birinə çevrilmişdi. Qeyri-leqal mazut alveri sayəsində keçmiş millət vəkilinin təxminən 40 milyon ABŞ dolları həcmində sərvət topladığı da Azərbaycan mətbuatında iddia olunub. Geri qayıt |