Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > Bir yandan Putin, bir yandan da Qəzənfər Ağayev
Bir yandan Putin, bir yandan da Qəzənfər Ağayev23-12-2013, 10:45 |
Astara sakinləri prezidentən icra başçısının dəyişdirilməsini xahiş etdilər DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, Atarada sahibkarlar icra başçısına qarşı etiraza qalxıblar və buna səbəb də icra başçısının müxtəlif bəhanələrlə yerli iş adamlarından pul yığması faktdır. Redaksiyamıza sahibkarlar adından göndərilən müraciətin müəllifləri bildirdi ki, Qəzənfər Ağayev Masallıdan Astaraya göndəriləndən sonra bu rayonda yeni qaydalar tətbiq etməyə başlayıb: «Biz onunla bağlı məlumatları hələ Masallıda icra başçısı olarkən oxuyurduq. Mətbuatda onun bir mafioz başçı olduğu təəssüratı var idi bizdə. Hətta bu barədə Əhəd Abıyev Masallının deputatı olarkən də parlamentdə çıxışlarında deyirdi. Biz də o, Astaraya göndəriləndə bu barədə məlumatları mətbuatdan axtarmağa başladıq. Yəni yeni başçımızdan xəbərdar olmaq istədik və təəssüflər olsun ki, yaxşı heç nə tapa bilmədik. Elə eşitdiyimiz o oldu ki, Masallıda sakinlərə düşmən kəsilib və yalnız öz qohum-əqrəbası üçün çalışıb. Xalqa yaxşı nəsə etməyib ki, bu gün Masallıda yaxşılığa doğru adı hallanmır». Müraciət müəllifləri bildirdi ki, Astaraya gələndən sonra da Qəzənfər Ağayev eyni qaydada işləməyə başlayıb: «Bizim günümüzü qara edib. Hər addımda sahibkarları «yada salır». Amma yaxşı mənada yox. Peşman olmuşuq. Astarada bütün abadlıq işləri bizim hesabımıza həyata keçirilir. Halbuki prezident bu ilin 12 fevral tarixində icra başçıları ilə görüşündə bəyan etmişdi ki, sahibkarlar buk imi işlərə könüllü olaraq cəlb edilməlidir. Amma Astarada belə deyil. Bizdən töycü yığırlar sanki»… Onu da bildirək ki, bu müraciəti göndərən sahibkarlar yenidən DİA.AZ-a məktub ünvanlayıblar və bu dəfə çox ciddi ittihamlar səsləndirirlər. Sahibkarlar yazır: «Prezident 12 fevral müşavirəsində icra başçılarına (Qəzənfər Ağayev də orda idi) müşavirədə qəti surətdə tapşırdı ki, sahibkarlar zorla hansısa abadlaşdırma işinə cəlb edilməsinlər. Amma Qəzəfənər Ağayev heç bir zaman dövlət başçısının göstərişlərini dinləməyib, yenə də dinləmir. Yəqin ki, bu ittihamımıza ağır deyəcəksiniz. Elə isə sübutlarımızı təqdim edirik. Təbii ki, prezident hansısa icra başçısından rüşvət yığmasını istəmir və buna qarşı mübarizəyə start da verib. Amma buna baxmayaraq, Qəzənfər Ağayev bu gün kabinetində bazar açıb. İş görmək istəyən, ev tikmək istəyən, torpaq almaq istəyən, bir sözlə, yaşamaq, nəfəs almaq istəyən Qəzənfər Ağayevin mübarək kabinetində olmalıdır və onun bığının altından keçməlidir. Bu gün Astarada hər bir işin öz qyiməti var. Bizim rayonun adamları qonəqpərvərdirlər. Amma Qəzənfər Ağayev bizi elə hala salıb ki, qonaq qarşılamağa da halımız qalmayıb. Bu qısa müddət ərzində icra başçısı hamını müflisləşdirib. Yalnız o və onun yaxın ətrafı yaşayır. Son günlər Rusiyada da durumun pisləşməsi yerli sakinlərin durumunu daha da ağırlaşdırıb. Yəni bir yandan Putin, bir yandan da Qəzənfər Ağayev»… Sahibkarlapr bildirir ki, onlar prezidentdən Astaraya yeni icra başçısı göndərməsini xahiş edirlər: «İcra başçısı prezidentin nümayəndəsidir… Bu gün Qəzənfər Ağayev prezidentin adını Astarada ucaltmır, əksinə… Biz isə prezidentimizə sadiq vətəndaşlarıq və dövlət başçısından Astara ilə bağlı tədbir görməsini xahiş edirik»… Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |