Əsas Səhifə > Hadisə, Ana xəbərlər > Dadaş Rzayev: "Məni heç kim işdən çıxara bilməz"
Dadaş Rzayev: "Məni heç kim işdən çıxara bilməz"23-12-2013, 10:23 |
Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən çıxarılması haqda yayılan xəbərlərə aydınlıq gətirib. AzVision.az-a açıqlamasında eks-nazir bu iddiaların yalan olduğunu bildirib. “Yalandır. Mən öz yerimdəyəm. Elə indi də hazırlaşıb işə gedirəm. Bu xəbərlər kimə sərf edirsə, onlar da yayırlar”-deyə, D.Rzayev qeyd edib. Keşmiş müdafiə naziri həmçinin bildirib ki, onu bu vəzifədən heç kim çıxarda bilməz: “Məni kim çıxarda bilər axı? Mən bura zabitlərin seçimi ilə gəlmişəm. Qurultayda onlar məni seçiblər. Gərək yenidən qurultay olsun ki, başqa bir sədr seçilsin. Məni nə nazir, nə də başqa biri bu vəzifədən çıxarda bilməz. Çünki bu ictimai təşkilatdır”-deyə, keçmiş müdafiə naziri əlavə edib. Qeyd edək ki, milaz.info saytında Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən, bununla da Müdafiə Nazirliyindəki ştatdan çıxarılacağı barədə məlumatlar yayılıb. Geri qayıt |