Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > Şok: Türkiyədəki olaylar Elman Rüstəmovu bitirir

Şok: Türkiyədəki olaylar Elman Rüstəmovu bitirir


23-12-2013, 09:26
Şok: Türkiyədəki olaylar Elman Rüstəmovu bitirir
Rəsmi Bakı çətin durumla üz-üzə qalıb: Seyidov hələ müəyyən müddətə həbsdə qalmalı olacaq

DİA.AZ: - Qardaş Türkiyədə cərəyan edən məlum olayların əs-sədası Azərbaycanda da ciddi şəkildə eşidildi. Təbii ki, burada söhbət təkcə Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin Azərbaycan kökənli həyat yoldaşı Rza Zərrabın «əmrləri İrandan və Azərbaycandan almışam» açıqlamasından getmir. Eyni zamanda Sədərək gömrüyünün rəisinin də bulaşdığı olduqca mübhəm hadisələr var ki, Azərbaycanda yeni dəyişiklikləri zərurətə çevirib.

Bununla bağlı DİA.AZ olduqca maraqlı faktlar əldə edib. Mötəbər mənbələrin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycanın kifayət qədər samballı məmurlarının da iştirakçısı olduğu böyük bir maliyyə maxinasiyalarının izinə düşüb və bu istiqamət üzərə hərəkət edə bilmələri üçün hətta rəsmi Ankaranın iznini almağa da çalışıblar.

Mənbənin söylədikləri: «Faktlar çox ciddi fiqurlarımızı hədəfə çevirib. Söhbət il ərzində təxminən 1-2 milyard dollar həcmində vəsaitin xırıd edilməsindən və müxtəlif banklara yatırılmasından gedir. Ortaya çıxarılan faktlar cüzi olanlarıdır. Daha cidi faktlar isə açıqlanmır».

Mənbəmiz iddia edir ki, Sədərək gömrükxanasının rəisi Mirməhəmməd Seyidovla bağlı rəsmi Bakı müəyyən addımlar atmağa çalışsa da, Ankaradan müsbət cavab ala bilməyib: «Hər halda, bir azərbaycanlı məmurun ağır ittihamla Türkiyədə həbsə atılması ciddi bir hadisədir və normalda bu hadisə iki ölkə arasında qalmaqala nədən olmalı idi. Amma bu, baş vermədi və bunun səbəbləri var».

Mənbənin sözlərinə görə, əslində Mirməhəmməd Seyidovun azadlığı üçün rəsmi Bakı cəhd edib: «Amma alınmadı. Və Bakıya daha ciddi faktlar göndərildi və hətta hazırda vəzifə başında olan iki fiqurun ən azından Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən sorğulanması istənildi». Məlumatlara görə, onlardan biri Azərbaycanın Mərkəzi Bankının sədri Elman Rüstəmovdur. Hələlik Türkiyə əmniyyətinin diqqətini çəkən ikinci önəmli fiqurla bağlı dolğun bilgilər ala bilməsək də, mənbəmiz Elman Rüstəmovun bu proseslə hədəfə çevrilə biləcəyini istisna etmir.

Şok: Türkiyədəki olaylar Elman Rüstəmovu bitirir

«Elman Rüstəmov təbii ki, kimlərinsə sifarişini icra edib. Amma bu, Türkiyə polisi üçün maraqlı deyil. Türkiyə polisi sırf olaraq Azərbaycan-İran marşrutu ilə Türkiyəyə üz tutan milyonların hesabını sormaq istəyir» deyən mənbəmiz məhz bu səbəbdən rəsmi Bakının Mirməhəmməd Seyidovla bağlı hərəkətlənmədən geri çəkildiyini iddia edir: «Yəni vəziyyət heç də düşünülə biləcəyi qədərində sadə deyil. Mirməhəmməd Seyidov da ən azından bir il müddətində Türkiyədə həbsdə qalacaq. Hətta bu gün məhz həmin həbslər səbəbindən mövqeləri laxlayan rəsmi Ankara belə Azərbaycandan gələn tələbləri yerinə yetirmək iqtidarında deyil».

Bu arada əldə etdiyimiz bir maraqlı məlumat isə artıq Elman Rüstəmovla bağlı qərarın verilməsindən xəbər verir. Belə ki, redaksiyamıza verilən informasiyaya görə, hələ Mərkəzi Bankdakı rəsmi görəv müddətinin bitməsinə 2 il qalan Elman Rüstəmova gələn ilin yanvar ayında, yəni 2-3 həftədən sonra «əlvida» deyilə bilər: «Rəsmi Bakının vəziyyətdən çıxa bilməsi üçün başqa şansları yoxdur. Qurbanlıqlar verilməlidir. Əks halda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu belə təhlükə altına düşə bilər».

Bütün maraqlı tərəflərin mövqelərini dinləməyə hazırıq…

Geri qayıt