Əsas Səhifə > Cəmiyyət > “QARADAĞ”IN DA QƏLPİ VAR İMİŞ

“QARADAĞ”IN DA QƏLPİ VAR İMİŞ


11-02-2012, 13:14
“QARADAĞ”IN DA QƏLPİ VAR İMİŞ

BAKIDA KÜLLİ MİQDARDA SAXTA SEMENT AŞKARLANIB

Bakıda külli miqdarda saxta sement aşkarlanıb.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Xanmirzə Bağırovun alıcı Fərman Xudaverdiyevə 33 kisə "Qaradağ Tikinti Materialları" ASC-də istehsal olunaraq doldurulmuş, "Spesialist" əmtəə nişanlı istehlak xüsusiyyətlərinə uyğun gəlməyən, standartın tələblərinə cavab verməyən keyfiyyətsiz sement satması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya baxış zamanı oradan 24 kisə sement, "Qaradağ Tikinti Materialları" ASC-nin anbarında isə mənşəyini təsdiq edən və əmtəə nişanına dair rəsmi sənədləri olmayan saxta 5 min 450 ədəd "Spesialist" əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülüb.


Geri qayıt