Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanı 2014-cü ilə nələr gözləyir? - ASTROPROQNOZ

Azərbaycanı 2014-cü ilə nələr gözləyir? - ASTROPROQNOZ


21-12-2013, 18:15
Azərbaycanı 2014-cü ilə nələr gözləyir?  - ASTROPROQNOZ
Azərbaycan üçün 2014-cü il yetərincə sabit keçəcək. Əqrəb zodiak bürcünün bütün təmsilçiləri kimi həyatın bütün sahələrində nisbi göstəricilərlə xarakterizə olacaq. Azərbaycan Əqrəb bürcünün altına düşən ölkələrdəndir. Azərbaycanla yanaşı, Türkiyə, Hind-Çin, İran, Əfqanıstan, İsveçrə, Macarıstan da Əqrəb bürcünə daxildir.

2012-ci ilin oktyabrında Saturn sizin bürcə keçib və 2014-cü ilin dekabrına kimi orda qalacaq. Bu, o deməkdir ki, Azərbaycan üçün 2015-ci ildə davamını tapacaq vacib qərarların qəbul edilməsi ilə məsuliyyətli olacaq.

2014-cü ilin ulduz falı ölkəyə məsləhət görür ki, əngəllərə və yüksək məsuliyyətə hazırlaşsın, çünki bunun üçün Satirn cavabdehdir. Siyasi müstəvidə düzgün qərarların qəbulu, cəmiyyətdə daxili ziddiyyətlərin aradan qaldırılması əhəmiyyətli olacaq və uzunmüddətli bəhrə verəcək. Əgər ölkə Simürğ kimi küldən çıxıb bərpa oluna bilsə, Saturn bu yenilənmədə ona kömək edəcək.

İlin birinci yarısında Azərbaycan üçün hadisələr sürətlə inkişaf edəcək, Yupiter 9-cu evdə olacaq. Burda Saturn zərurətin, Yupiter imkanın ağası olacaq. Ona görə özü üçün harda üstünlük axtarmağı anlamaq üçün ölkə fərasətli olmalıdır. Saturn Azərbaycandan ən yaxşı davranış əldə etməyə çalışacaq, Yupiter həyat sevgisi və uçuş azadlığı verəcək.

Pluton ölkəyə üstünlük gətirəcək. Yer (Oğlaq) su ilə briləşəcək (ölkənin bürcü). Bu, üçüncü ünsiyyət evinə, dərkedilən sülh evinə, sizin regiona, qonşularla münasibətlərinizə tranzitdir. Bu, ölkənin xarici ünsiyyətlərinə təsir edəcək. Azərbaycan xarici təsirlərdən aralı qalmağa, öz şəxsi məkanında qalmağa cəhd etsə də, xarici tərəfdaşların münasibətində mühüm dəyişikliklər olacaq. Ölkə dairə üzrə hərəkət əvəzinə dəqiq seçim etməlidir. Münasibətlərdə nəsə nəzərdən qaçıbsa, onları bərpa etmək imkanı yaranacaq. Platonun tranzitinin mahiyyəti ondan ibarətdir ki, dövlətin nə qədər güclü olduğu aydınlaşacaq. Əgər güclər bütün vətəndaşların faydanı hissə edəcəyi istiqamətdə düzgün bölünsə, dövlət inkişaf edəcək.

Onların kombinasiyasından asılı olaraq, 2014-cü il Azərbaycan üçün məntiqi cəhətdən üç mərhələyə bölünəcək.

Birinci mərhələ yanvarda başlayacaq və aprelin ortasında və ya sonunda başa çatacaq. Yuxarıda deyildiyi kimi Saturn, sonra isə Mars xeyli güc əldə edəcək. Demək, ilin ilk günlərində uğur Azərbaycanın tərəfində olacaq və o, müəyyən qədər risk tələb edən istənilən işin uğurla başa çatacağına bel bağlaya bilər. Amma iqtisadiyyata ciddi diqqət yetirmək lazımdır. 2014-cü ilin əvvəli və ilk qərinəsi istehsalın modernləşməsi üçün əla vaxtdır. Ona görə irimiqyaslı yenidən təchizat, kadr siyasətində dəyişiklik yerinə düşərdi. 2014-cü ilin birinci qərinəsində vacib xarici siyasi oyunçularla münasibətlər müsbət olacaq. Rəhbərlik düzgün və ölçülmüş qərarlar qəbul edəcək, işgüzar şərait Azərbaycanın xeyrinə olacaq. Bütün bunlar zəruri yenilənmənin uğurundan xəbər verir. Ən əsası nəyisə dəyişməkdən qorxmamaq lazımdır, bu vəziyyətdə mühafizəkarlıq məqbul deyil və dövlət bunu dəqiq anlamalıdır.

İkinci mərhələ aprelin sonunda başlayacaq, sentyabrın sonunda bitəcək. Bu dövr az məhsuldar olacaq. Bu, Saturn və Marsın Venera və Ayla tarazlaşması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın müstəqilliyi daha da artacaq, hərçənd enerji daldanacağının bir hissəsi itiriləcək. Bütün bunlar ardınca bir qədər maliyyə böhranı gətirəcək. Hər bir ayrıca situasiyanın nəticəsi tam olaraq hökumətin savadlılığı və hərəkətlərinin vaxtlı-vaxtında olmasından asılı olacaq. Bu situasiyada ölkə dostların köməyinə bel bağlaya bilər, onlar ağır vaxtda ölkəni dəstəkləyəcək, bu isə proqnozlaşdırılan neqativi müəyyən qədər kompensasiya edə bilər.

Oktyabrın əvvəlində başlayıb ilin sonunda başa çatacaq üçüncü mərhələdə ölkənin işi çətin olacaq. Bu dövrdə Veneranın təsiri apogeyə çatacaq və Saturnun təsirini aradan qaldıracaq. Marsı Ay əvəz edəcək, bu isə əlavə problemlər yaradacaq. Ehtimal ki, oktyabrda işlər elə də yaxşı getməyəcək. Əlbəttə, gerçəkdən ağır olan nəsə gözlənilmir. İtkilər olsa da, iflas proqnozlaşdırılmır. Bədxahların fəallaşması inkişaf prosesinə çox mənfi təsir edəcək. Yekunda, yuxarıda deyildiyi kimi, 2014-cü ili yaxşı başa vurmaq üçün qüvvə sərf etmək lazım gələcək.

*Zodiakal Əqrəbin idarəçiliyində olan ölkələr bir qayda olaraq eniş və yüksəlişlə bağlı qədim tarixə malikdir. Bu etnosun tipik nümayəndəsində şəxsi real əmlak imkanından asılı olmayaraq, bütün millətin sərvətinə daxili şəriklik hissi mövcuddur. Bu ölkələrin adamlarında təkcə etnosun həyatına aid bütün qərarların qəbulunda deyil, həmçinin bütün bayramların, istənilən səviyyədə ayinlərin keçirilməsində də kollektivlik aydın ifadə edilir.

Hər bir insan ayrı ayrılıqda təcavüzkarlıqdan daha çox emosionaldı, ancaq insanlar bir yerə toplananda narahat edilmiş arı pətəyini xatırladır.

Bu etnosların memarlığında qalın divarlı, kərpiclə hörülmüş, böyük cəpəri olan möhkəm, davamlı tikililərə meyl mövcuddur. Əksər hallarda küçədən görünməyən böyük və qapalı daxili həyət olur. Bir qayda olaraq bayırdan bəzək olmur, ancaq içəridə bolluq və var-dövlətin bütün əlamətləri ola bilər.

Bu ölkələrin əraziləri təbii sərvətlər, əksər halda neftlə zəngin olur, yaxud bütün dünyadan pul vəsaitlərinin cəlb edilməsi üçün meydan rolunu oynayır. Oradakı xalqları bu sözün adət etdiyimiz mənasında döyüşkən adlandırmaq olmaz, onlar döyüşməkdənsə sülh əldə etməyə üstünlük verir. Ancaq millətin sərvətlərinə ciddi təhlükə olacağı təqdirdə mübarizə üçün bütün imkanları, o cümlədən özlərini qurban verməyi də istifadə edərək məğlubedilməz olurlar. Əqrəblərin idarəçiliyində olan ölkə və şəhərlərdə olmaq Xərçəng, Qız, Oğlaq, Əqrəb və Balıqlar üçün əlverişlidir. Doğrudur, sonuncuların bu ərazilərdə əsaslandırılmamış əsəb tutmaları ola bilər. Tərəzilərin bu şəhər və ölkələrdə dükan və suvenir mağazalarında gəzməsi yaxşı olar. Əqrəb ərazilərində Oxatanlar özlərini tənha və atılmış hiss edir. Qocların Əqrəb ölkələrinə qazanc dalınca getməsi yaxşıdır. Əqrəb ərazləri Dolça, Şir və Buğalara qətiyyən uyğun gəlmir.

Bu toplu proqnoz müxtəlif məktəblərin ulduz falları, siyasi-iqtisadi situasiyanın təhlili və 2013-cü ilin gözlənilən hadisələri əsasında hazırlanıb.


Turan Analitik Xidməti

Geri qayıt