Əsas Səhifə > Güney Press / Manşet > Hesablama Palatası Ziya Məmmədovu hədəfə alacaq

Hesablama Palatası Ziya Məmmədovu hədəfə alacaq


21-12-2013, 17:19
Hesablama Palatası Ziya Məmmədovu hədəfə alacaq
DİA.AZ: - Adına В«XalqnəzarətiВ» (В«NarodnıykontrolВ») deyilən В«zəhmliВ» qurum sovet dövrü insanlarının yaxşı yadında qalıb. Bu qurumun işi dövlət vəsaitini mənimsəyənlərə, izafi xərclərə yol verənlərə qarşı yönəlmişdi. Yəni dövlətin vəsaitinə nəzarət edirdi. SSrİ dağılanda digər vacib sahələr kimi, bu sahə də xeyli müddət nəzarətsiz qaldı və ciddi boşluq yarandı. Əslində, В«XalqnəzarətiВ»nin qalması da mənasız idi. Prezident tərəfindən imzalanan 07 yanvar 1999-cu il tarixli 69 nömrəli В«Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqındaВ» Fərman dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu. Fərman ölkədə maliyyə nəzarətini bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmağa, maliyyə nəzarətinin ağırlıq mərkəzini dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə nəzarətinin korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinə istiqamətləndirdi.

Beləliklə, uzun fasilədən sonra nəhayət, müstəqil dövlətin inkişafı üçün çox vacib olan Hesablama Palatası yarandı. Onu da qeyd etmək lazımdır ki, Hesablama Palatası ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən yaradılır və onun qarşısında hesabatlıdır. Yəni Hesablama Palatası icraedici orqana tabe deyil. Bu ona öz fəaliyyətində xeyli müstəqillik verir.

Son illər Hesablama Palatasının yoxlamaları sayəsində milyonlarla dövlət vəsaiti bərpa olunub, xeyli nöqsan və pozuntular ortaya çıxarılıb və nəticədə dövlətə böyük maddi ziyan dəydiyini təsdiq edən materiallar ölkənin Baş Prokurorluğuna göndərilib. Və bu materiallar əsasında xeyli sayda vergi ödəyicisinə qarşı cinayət işi açılıb. Son illər Hesablama Palatasının nəzarət tədbirləri sayəsində böyük sayda əlavə ştat vahidləri, qruplar ləğv edilib.

Hesablama Palatası son illərdə Dövlət Sosoial Müdafiə Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər dövlət qurumlarında ciddi yoxlamalar aparıb. Xatırladaq ki, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yoxlayarkən ciddi nöqsanlar üzə çıxarmışdı. Həmin vaxt bildirilirdi ki, bu nöqsanlar əlil və şəhid ailələri üçün tikilmiş mənzillərin bölüşdürülməsi ilə bağlıdır. Belə ki, araşdırmalar zamanı məlum olmuşdu ki, nazirliyin inşa etdiyi binaların bölüşdürülməsində xeyli neqativ hallar var və ən pisi odur ki, mənzillərin xeyli hissəsi bölüşdürülməmiş qalıb.

DİA.AZ-a daxil olan məlumata görə, Heydər Əsədovun gedişindən sonra rəhbəri də yeniləşən Hesablama Palatası 2014-cü ildə də xeyli dövlət qurumlarında yoxlamalar keçirməyi planlaşdırıb. Həm də nəzərə almaq lazımdır ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı 3 illik dövlət proqramının icrasına start verilib, bu məsələdə ölkə başçısı ortaya ciddi siyasi iradə qoyub və bu kampaniya müvəqqəti xarakter daşımır. Ona görə də gələn ilki yoxlamaların ötən illərlə müqayisədə daha ciddi olacağını proqnozlaşdırmaq olar.

Bəzən mətbuatda Hesablama Palatasının yoxlamalarını az qala keçmiş В«NarodnıykontrolunВ», ya da В«OBXESSВ»-in yoxlamaları ilə eyniləşdirib kiminsə vurulacağını söyləyirlər. Biz bu fikirdə deyilik və bunları növbəti yoxlamalar hesab edirik. Amma bir məqam da unudulmalı deyil... Hesablama Palatası kimisə təsadüfən “hədəfə almır”...

Elə bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Hesablama Palatasının siyahısında çox ciddi fiqurların da nazirlikləri, rəhbəri olduqları təşkilatlar yer alıb. Mənbənin sözlərinə görə, əsas hədəflərdən biri nəqliyyat nazirliyidir. Əgər vəziyyət belədirsə, Ziya Məmmədovla bağlı start düyməsi basılan plan üzrə gələn il də hərəkətə keçiləcəyini bəri başdan iddia etmək olar…

Geri qayıt