Əsas Səhifə > Güney Press / Manşet > FARS-MOLLA REJİMİ AZƏRBAYCANA QARŞI HƏRƏKƏTDƏ
FARS-MOLLA REJİMİ AZƏRBAYCANA QARŞI HƏRƏKƏTDƏ21-12-2013, 10:52 |
|
DİA.AZ: - Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilmədiyini açıq-aşkar ortaya qoyan fars-molla rejimi yenə də ənənəvi rıçaqlarla Azərbaycanımızın üzərinə yeriməkdədir. Söhbət süni şəkildə etnik müstəvidə gərginliyin yaradılmasından gedir. Artıq bu yöndə rəsmi Tehranın çox ciddi planlarının olması barədə də müəyyən xəbərlər yayılmaqdadır. DİA.AZ-a Rusiyadakı qaynaqlardan daxil olan məlumatda bildirilir ki, son zamanlar Moskva şəhərində yaşayan və əslən Azərbaycanın cənub bölgəsindən olan vətəndaşlarımız İranın xüsusi xidmət orqanlarının hədəfinə çevrilib. Bəllidir ki, Rusiyada miqrantlara qarşı xüsusi amansız mühit var və bu prosesdə daha çox zərər görəni məhz azərbaycanlılardır, indi də yeni dalğa vətəndaşlarımızı daha da sarsıldır. Bu barədə məlumatı verən mənbə idida edir ki, İrandan gəlmiş xüsusi şəxslər cənub regionu mənsubları ilə yaxınlaşaraq ilk əvvəl onlarla dostlaşır, hətta onların borcları varsa, borclarını bağlayır və hətta onların rus polisi ilə olan problemlərini belə həll edirlər (bu fakt da işin içində Rusiyanın olduğunu da təsdiqləyir –red.) və sonra da əsas niyyətlərini həyata keçirirlər. Mənbənin söylədikləri: В«Artıq onlarla vətəndaşımıza bu cür yaxınlaşmalar olub. Həmin şəxslərdən biri söyləyib ki, İrandan gələnlər onlara Azərbaycana dönməyi və Talış Muğam Respublikası uğrunda mübarizə aparmağı da təklif edirlərВ». Mənbə bildirir ki, hətta molla agentlərin yaxınlaşdığı vətəndaşlarımızdan biri В«mən türkəmВ» deyərək onlarla pozuluşub: В«Bundan sonra həmin şəxslər soydaşımızı incitməyə başlayıblar. Hətta yerli rus polisi də iranlılara bir söz demir və onlar özlərini Moskvada çox sərbəst və rahat aparırlar. Hətta rusların himayəsi altında olduqlarını belə nümayiş etdirirlərВ». Bu isə ondan xəbər verir ki, molla agentlərin Rusiya paytaxtındakı əməlləri Moskva ilə Tehranın xüsusi xidmət orqanlarının anlaşması əsasında baş tutur. Bunu elə mənbəmiz də təsdiqləyir. Belə ki, bir neçə gün əvvəl iranlılarla ortaq hərəkət edən və hətta onların hesabına təxminən 150 min ABŞ dolları həcmində borcunu bağlayan əslən Lənkəran rayonundan olan Sabir Rəhimov adlı soydaşımıza irandan gələn emissarlar əməlli-başlı divan tutublar: В«İş o həddə çatıb ki, S.Rəhimov Vladimir vilayət polis idarəsinə müraciət edib. Lakin polis idarəsi ilk əvvəl onun şikayətlərini eşitməyib. Sonradan isə onun özünü həbs edərək qanunsuz şəkildə 10 gün həbsdə saxlayıblarВ». Yəni Rusiyada iran xəfiyyə şəbəkəsi üçün belə bir əlahiddə şərait yaradılıb. Mənbəmiz bildirir ki, molla agentlər ələ keçirməyə müvəffəq olduğu cənub bölgəsi mənsublarımızı Azərbaycan əleyhinə təlimatlandırmaqla məşğuldurlar və həta onların yeni təşkilatının yaradılması planı da mövcuddur. Onlar soydaşlarımıza bildirirlər ki, onsuz da azərbaycanlı kimi Rusiyadan qovulacaqlar, salamatı pullu şəkildə Azərbaycana dönmələridir və istədikləri zaman da Rusiyaya qayıda bilərlər... Onu da xatırladaq ki, eyni üsulla Ermənistanın xüsusi xidmət orqanları da Azərbaycana qarşı fəaliyyət göstərir. Və hətta bu yaxınlarda İrəvanda В«talışşünaslıqВ» adlı bir absurd tədbir təşkil olundu. Hətta həmin tədbirdə separatçılıq fəaliyyəti səbəbindən uzun müddət həbsdə qalmış Əlikram Hümbətov da iştirak etdi. Qeyd edək ki, İranın xüsusi xidmət orqanları Türkiyə ərazisində də fəaldırlar və onlar Türkiyədə də yerli azərbaycanlılarla, Azərbaycan türkləri ilə əməkdaşlıq edirlər. Acınacaqlı olsa da, bu bir faktdır ki, uzun müddət qardaş Türkiyədə məhz şiə olmaları səbəbindən, Novruz bayramını qeyd etdiklərinə görə təqib olunan Türkiyədəki Azərbaycan türkləri bu gün milli kimlik faktorundan daha çox dini mənsubiyyət məsələsinə önəm verirlər. Və elə buna görə də Tehranın xüsuksi xidmət orqanları üçün özlərini şiə hiss edən Türkiyədəki Azərbaycan türklərini ələ keçirmək çox rahatdır. Aparılan araşdırmalar da təsdiqləyir ki, bu məhz bu səbəbdən hazırda İran agenturası Türkiyənin Qars, İcdır və Ərzurum şəhərlərində, yəni Azərbaycan türklərinin çoxluq təşkil etdiyi ərazilərdə daha güclü və təşkilatlanmış haldadır. Hər halda, bütün bu faktlar bir daha onu təsdiqləyir ki, Azərbaycan çox təhlükəli günlərin ərəfəsini yaşayır. Bu problemlərin qarşısını ala bilməyimiz üçün isə indidən ehtiyatlı və tədbirli olmaq məcburiyyətindəyik. Geri qayıt |