Əsas Səhifə > Ölkə, Manşet > XAÇMAZDA VƏZİYYƏT URUCADIR: BAŞÇIDAN NARAZIDIRLAR

XAÇMAZDA VƏZİYYƏT URUCADIR: BAŞÇIDAN NARAZIDIRLAR


20-12-2013, 15:33
XAÇMAZDA VƏZİYYƏT URUCADIR: BAŞÇIDAN NARAZIDIRLAR
ŞƏMSƏDDİN XANBABAYEV ERASININ ÇƏTİN GÜNLƏRİ...

DİA.AZ: - Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Beləliklə təsdiqlənir ki, icra başçıları onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər. Bir sözlə, vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə. Belə hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır. Bunun nəticəsidir ki, İcra başçıları rayondakı torpaqları satır və vətəndaşları incidirlər. Oliqarxların xeyir- duası ilə rayonlara başçı təyin olunan başçılar elə himayədarların hesabına yerlədə hegemonluq edirlər. Arxayın olan başçılar rayonlarda idarələrə müdir təyinatını rüşvət alaraq rahatca həyata keçirirlər ki, həmin idarə rəhbərləri vəzifəyə görə verdiyi rüşvətdən əlavə hər ay da icra başçılarına “aylıq haqq” verirlər. Bunun nəticəsidir ki, həmin idarə rəhbərləri də başçıya bel bağlayaraq hər hoqqadan çıxırlar.

Belə rayonlardan biri də Xaçmazdır ki, burada icra başçısı Şəmsəddin Xanbabyev rayonda bütün sahələrə əl qoyub, Xaçmazın torpaqlarını satmaqla məşğul olur. Eləcədə rüşvət alıb vəzifəyə qoyduğu rayondakı dövlət məmurları Xaçmazda at oynadırlar.
Yerli sakinlərin bildirdiyinə görə uçub sökülərək bir yanlı olan körpü rayonun təhsil idarəsinin müdiri Mədinə Nurməmmədovanın pəncərəsinin qarşısındadır. Ötən dərs ilində Təhsil idarəsinin pəncərədən baxan gözləri qarşısında 10 dan çox şagird bu körpüdən çaya yıxılıaraq xəsarət alıb. Rayonun təhsil idarəsinin düz 15 metrliyində yerləşir bu körpü, amma təhsil naziri bu kənddən gələn 500-dən çox məktəblilin taleyi ilə maraqlanmır. Bundan əlavə İcra başçısıının “əsabələri” hər gün bu körpünün yanından ötüb keçirlər, bu mənzərənin şahidi olurlar, amma bir ölçü götürmürlər.

Köhnə Xaçmaz kənd sakinləri redaksiyamıza bildirirlər ki, hər il dərs ili gələndə bu problemi icra başçısının nəzərinə çatdırmaq istəyirlər, məktəblilərin gediş-gəlişinə şərait yaradılmasını, körpünün ya təmir olunsaını ya da yenisinin tikilməsinin zəruri olduğunu diqqətə çatdırmaq istəyirlər. Həmişə də İcra başçısı “aktyorluq” edib onları aldadır. Problem isə həll olunmur...

Kənd ağsaqqallarının bildirdiyinə görə 3 ildir prezidentə də yazırlar ki, körpünün tikintisi üçün də pul ayırsın. Amma hələki bu 3 ildə məktublarmız cavablandırılmayıb. Xaçmazlıların sözlərinə görə, bütün adiyyatlı təşkilatlara yazırlar hamının cavabı belə olur ki, icra başçısına müraciət edin. İcra başçısı isə deyir yuxarlara yazmaq lazımdır. “Mənim pulum yoxdur”.

Xaçmazdakı mənbəmiz bildirir ki, yerli sakinlərə “pulum yoxdur” deyən icra başçısı rayonun bütün torpaqlarını satmaqla məşğuldur. Lazımsız olaraq Xaçmaz şəhərində bir iki park var ki, o parklarda da heyvan maketləri və buddizim büstləri quraşdırılır. Milyonlarla pulu büdcədən oğurlayaraq heyvan maketlərinə sərf edirlər.

Mənbəmizin sözlərinə görə, icra başçısı buradakı parkların salınmasını və heyvan maketlərini idarə rəhbərlərinə həvalə edib ki, həmin idarə müdirləri əhalidən rüşvət yığaraq bu parkları düzəltdirirlər. İdarə müdrlərindən biri bizimlə söhbətində bildirib ki, icra başçısı Şəmsəddin Xanbabayevin məcbur etmə kompaniyasından beziblər. “Hər ay icra başçısının göstərişi ilə müavini Akif Mərdənova 1500 manat verməliyəm. Axırıncı dəfə bu pulu verə bilməyən idarə müdrinı məcbur ediblər ki, bankdan götürsün”.

Artıq banklara 8 min manat borcu olduğunu deyən idarə müdiri bildirir ki, işdən çıxmaq istəyib və bununla bağlı ərizə də yazıb. Lakin icra başçısı ona bildirb ki, işdən çıxacağı təqdirdə polis rəisinə tapşıracaq, həbs olunsun. Bələliklə hədə qorxu gəlinən idarə müdri bildirir ki, rayonun bir çox idarə müdrləri var və onlar da bu vəziyyətdədir. Bəziləri var ki, idarələri gəlirli sahədir. Həmin idarələrin rəhbərləri üçün pul verməkdə problem yoxdur. Təki icra başçısı onlardan pul istəsin, ya da qulluq desin “baş üstə” edəcəklər. Ardından da vay olur bu xaçmazlıların halına. Mənbəmiz bildirir ki, belə idarə rayonun təhsil şöbəsi, maliyyə idarəsi, torpaq şöbəsi, polis şöbəsidir. Bunlarda xaçmazlıları gözümçıxdıya salıblar, yeri oldu olmadı pul yığma kompaniyası aparırılar.

DİA.AZ-dan: Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt