Əsas Səhifə > Cəmiyyət > SƏNƏT ALƏMİNƏ DAHA BİR İTKİ

SƏNƏT ALƏMİNƏ DAHA BİR İTKİ


11-02-2012, 12:12
SƏNƏT ALƏMİNƏ DAHA BİR İTKİ

BƏSTƏKAR ELZA İBRAHİMOVA VƏFAT ETDİ

Azərbaycanın əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Elza İbrahimova ötən gecə dünyasını dəyişib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın APA-ya verdiyi xəbərə görə, E. İbrahimova uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib. Hazırda nazirlik mərhumun dəfni ilə bağlı təfərrüatları dəqiqləşdirir.

Qeyd edək ki, E. İbrahimova bir müddət əvvəl ensefalopatiya diaqnozu (beyin-qan dövranının pozulması) ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Elza İbrahimova 1938-ci il yanvarın 10-da anadan olub. 1992-ci ildən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi idi. Mərhum bəstəkar yaddaqalan romans və mahnıların müəllifidir.

Allah rəhmət eləsin!


Geri qayıt