Əsas Səhifə > Hadisə > YENƏ QƏZA ƏSGƏR CANI ALDI
YENƏ QƏZA ƏSGƏR CANI ALDI11-02-2012, 12:09 |
HƏRBİ MAŞINIMIZIN QƏZAYA UĞRAMASI İLƏ 19 YAŞLI ƏSGƏRİMİZİ İTİRDİK Azərbaycan Ordusunun əsgəri yol qəzasında ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşının qəzaya uğraması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Anar Ocaqov ölüb, bir neçə əsgər isə müxtəlif xəsarətlərlə hospitala yerləşdirilib. A. Ocaqov 2011-ci ildə Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Geri qayıt |