Əsas Səhifə > Siyasət, Manşet > İKİ NAZİR ÜÇÜN 100 GÜNLÜK MÜDDƏT SƏDDİ
İKİ NAZİR ÜÇÜN 100 GÜNLÜK MÜDDƏT SƏDDİ20-12-2013, 12:00 |
ƏBÜLFƏS QARAYEVLƏ AZAD RƏHİMOV ŞƏRTLİ OLARAQ VƏZİFƏDƏ QALIBLAR DİA.AZ: - 22 oktyabr tarixində Nazirlər Kabineti heyətinin təsdiqindən sonra belə bir məlumat yayıldı ki, nazirlərdən ikisinə konkret vaxt qoyulub və onlar əgər vəzifələrində özlərini doğrultmazlarsa, o zaman vəzifələrindən alına bilərlər. Yəni onların nazir postunda təsdiqləri heç də «əbədi» mahiyyət daşımır. Bununla bağlı DİA.AZ araşdırmaları zamanı müəyyən etmişdi ki, kürsüsü oynaq olanlardan biri gənclər və idman naziri Azad Rəhimovdur. Belə ki, Azad Rəhimov hələ keçən il öz mövqelərində ciddi çətinlik yaşayırdı və hətta stadionla bağlı qalmaqalda bəzi media orqanlarında nazirin korrupsiyaya yol verdiyi də iddia olundu. Təbii ki, əslində Azad Rəhimov bu fakta görə deyil, daha çox bir sıra etiket qaydalarını qorumaması səbəbindən hədəfə çevrilmişdi. Amma redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, bu dəfə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Azad Rəhimov üçün heç də uğurlu dönəm start götürməyib. Mənbə iddia edir ki, hər iki nazirə qarşı hakimiyyətin yuxarı eşalonunda bir etimadsızlıq mühiti formalaşıb: «Təbii ki, bu da verilən qərarlara təsir edəcək. Hər iki nazir «qırmızı xətt»i keçmiş hesab olunduqlarından onların nazir postlarından yenidən təsdiq olunduqdan sonra verilən 100 günlük müddəti uğurla başa vurmayacaqları anlaşılır». Anlaşılır ki, şərtli olaraq vəzifə başında saxlanılan Azad Rəhimovla Əbülfəs Qarayevin yerinə göz dikən dairələr var ki, onlar da yaranmış situasiyadan uğurla istifadə etməyə çalışırlar. Geri qayıt |