Əsas Səhifə > Partiya > AXCP CƏMİL HƏSƏNLİNİN SEÇİMİNƏ HÖRMƏTLƏ YANAŞIR...
AXCP CƏMİL HƏSƏNLİNİN SEÇİMİNƏ HÖRMƏTLƏ YANAŞIR...20-12-2013, 11:37 |
Milli Şuranın sədr aparatı formalaşdırılıb. Aparatda daha çox Müsavat Partiyasının üzvləri və birbaşa sözügedən partiya ilə əlaqədar olan şəxslər təmsil olunublar. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən AXCP sədrinin müavini Razi Nurullayev Cəmil Həsənlinin bu seçimini müstəsna hüquq kimi xarakterizə etdi: “Milli Şuranın sədr aparatını bir başa olaraq sədr yəni, Cəmil Həsənli özü təyin edir. Bu onun müstəsna hüquqdur və aparata təyin olunan şəxslərin hansı partiyaya mənsub olmasına biz qarışa bilmərik. AXCP olaraq biz bu seçimdən narazı deyilik. Çünki Cəmil Həsənli seçimi edərkən onunla birlikdə işləyə biləcək insanların, vaxt və digər bu kimi arqumentlərini nəzərə alıb. Digər partiyalar adından danışa bilmərik, ancaq AXCP bu seçimə qarşı heç bir etirazını bildirməyəcək”. Qeyd edək ki, sədrlik aparatına Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Turqut Qəmbər, Ülvi Həsənli (hər ikisi “Nida” hərəkatı), Şahvələd Çobanoğlu (publisist), Yeganə Hacıyeva (Müsavat başqanının müşaviri) daxil olublar. Geri qayıt |