Əsas Səhifə > Gündəm, Manşet > GÜRCÜSTAN AZƏRBAYCANLILARI TOQQUŞDU

GÜRCÜSTAN AZƏRBAYCANLILARI TOQQUŞDU


11-02-2012, 11:44
GÜRCÜSTAN AZƏRBAYCANLILARI TOQQUŞDU

ZƏLİMXAN MƏMMƏDLİ DAHA BİR ÜNVANDAN HƏDƏFƏ ALINDI

Əli Babayev: “Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Bakıda oturub, Borçalıya aid olmayan məclislər keçirməklə məşğuldur. Gürcüstanda isə azərbaycanlıların problemləri həll edilməmiş qalır”.

DİA.AZ: - Tiflisdə fəaliyyət göstərən “Gürcüstan Mənim Vətənimdir” Təşkilatının sədri Əli Babayev bir sıra kütləvi informasiya vasitələrinə acıqlamasında Bakıda fəaliyyət göstərən və Azərbaycanda yaşayan əslən Borçalıdan olan vətəndaşları birləşdirən Borçalı Cəmiyyətindən dərin narazılıq ifadə edib.

DİA.AZ-a açıqlamasında o bildirib ki, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Bakıda oturub Borçalıya aid olmayan məclislər keçirməklə məşğuldur: “Gürcüstanda isə azərbaycanlıların problemləri həll edilməmiş qalır. Ayda bir dəfə “Dədə Camal” məclisi keçirməyin Borçalıdakı azərbaycanlılara dəxli yoxdur, bu sadəcə görüntü xarakteri daşıyır ki, guya Zəlimxan Məmmədli fəaliyyətlə məşğuldur. Belə çıxır ki, “Borçalı” Cəmiyyətinin fəaliyyəti “Dədə Camal” məclisi keçirməkdən ibarətdir. O, “Regionmedia” saytına verdiyi müsahibədə israrla bildirir ki, Gürcüstandakı QHT və təşkilatlara ciddi iş birliyi qurub. Bu ağ yalandır hec bir iş birliyi və əməkdaçlıqdan söhbət gedə bilməz.

Gürcüstanda azərbaycanlıların kifayət qədər ictimai təşkilatları var. 1989-cu ildən fəaliyyət göstərən “Qeyrət” Xalq Demokratik Hərakatı, 2001-ci ildən fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) və mənim rəhbərlik etdiyim “Gürcüstan Mənim Vətənimdir” təşkilatı nədənsə Zəlimxan Məmmədlinin yadına düşmür. Gürcüstandakı QHT-lər təkcə “Varlıq” Mədəniyyət Mərkəzindən, Gürcüstan Azərbaycanlıları Kongresindən ibarət deyil. Qeyd edim ki, həm Azərbaycanda həm də Gürcüstanda icitimaiyyət bilir ki “Varlıq” Mədəniyyət Mərkəzini eks-millət millət vəkili Gültəkin Hacıbəyli və Qafqaz Araşdırmaları Mərkəzinin Sədri Kamran Ramazanlı yaradıb. Bu günə qədər Z.Məmmədlinin o mərkəzə hər hansı aidiyyatı olmayıb. Zəlimxan Məmmədli Gürcüstana gələndə uzağı Kvemo-Kartli qubernatorunun müavini tərəfindən qəbul edilir. Çünki onu Gürcüstan hakimiyyəti ciddi bir adam saymır. Bu adam gürcüləri ozünə güldürür.

Təssəvür edin prezident M.Saakaşviliyə ünvanladığı rəsmi məktubda o Qaraçöp bölgəsini “Laqodexi” adlandırıb. Buradan aydın olur ki, Zəlimxan Məmmədli heç Borçalını tanımır. Bu adma bəs necə toponomika ilə bağlı problemləri həll edəcək. Ayıbdır belə səviyyəsiz işlər görüb gürcüləri millətə güldürməyin. Zəlimxan Məmmədlinin yadına salıram ki Qaraçöp bölgəsinin adı indi Saqareco rayonudur. Zəlimxan Məmmədliyə bilidirirəm ki, bir də M.Saakaşviliyə məktub yazanda belə ciddi səhvə yol verib gürcüləri özünə güldürməsin.

Borçalı Cəmiyyətində görəsən Gürcüstanın Borçalıdan kənar ərazilərində yerləşən azərbaycanlılarla bağlı məlumat varmı??? Yoxsa hec xəbərləri yoxdur bu barədə. Nədənsə Zəlmixan Məmmədlinin yadıbna Kaspi, Msxeta, Qori, Kvareli və Aqara rayonlarında kompakt yaşayan azərbaycanlı əhali, onların problemləri düşmür.

Mən Zəlimxan Məmmədliyə məsləhət görərdim ki, gedib diş həkimliyi ilə məşğul olsun, icitimai-siyasi fəaliyyət onun üçün deyil. Artıq özünü biabır edib. Son məktubu isə onun bu işlərdə nə qədər təcrübəsiz və təsadüfi adam olduğunu açıqca göstərir”.


Geri qayıt