Əsas Səhifə > Gündəm, Manşet > 8 RAYONUN MALİYYƏ İŞİ TƏFTİŞƏ GÖTÜRÜLDÜ

8 RAYONUN MALİYYƏ İŞİ TƏFTİŞƏ GÖTÜRÜLDÜ


20-12-2013, 09:20
8 RAYONUN MALİYYƏ İŞİ TƏFTİŞƏ GÖTÜRÜLDÜ
İKİ RAYONUN İCRA BAŞÇISININ DURUMUNUN DAHA GƏRGİN OLDUĞU DEYİLİR

DİA.AZ: - Hesablama Palatasının bir sıra dövlət qurumlarını təftiş edəcəyi haqda xəbərlər bu günlərdə yayıldı. Anlaşılanı o idi ki, yeni rəhbəri ilə yoluna davam edən HP-nin hədəfində həm də yerli icra strukturları var. Bildirək ki, bəzi icra hakimiyyəti başçılarının ilin yekunları ilə bağlı maliyyə hesabatlarında ciddi problem yaşadıqları da məlum olmuşdu.

Bununla bağlı DİA.AZ-ın əldə etdiyi son bilgilərdən aydın olur ki, HEsablama Palatası məhz bu üzdən bir neçə rayonun icra hakimiyyətində yoxlamalar aparacaq. Yoxlamaların gələn ildən başlayacağını bildirən mötəbər mənbə iddia edir ki, təftişin yekunlarına uyğun olaraq qərar veriləcək:

«Ola bilsin ki, hansısa icra başçısı məhz bu qərara uyğun olaraq vəzifəsindən azad edilsin. Çünki məsələ ciddidir. Artıq iki rayonun icra başçısının durumunun kifayət qədər gərgin məcrada olduğu aydın olur. Hətta onlar vəzifələrindən alınsalar belə, qeyd olunan təftiş nəticəsində əldə edilən faktlar əsasında cavab verməli olacaqlar. Hələlik yetərincə qaranlıq məqamlar var».

Onu da bildirək ki, durumu gərgin olanlar sırasında, yəni Hesablama Palatasının yoxlama hədəfi olan icra hakimiyyətləri sırasında bu rayonlar yer alıb: Qazax, Ağcabədi, Şamaxı, Lerik, Hacıqabul, Gböyçay, Ucar və Siyəzən rayonları…

Geri qayıt