Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SDU-DA TƏMİZLƏMƏ ƏMƏLİYYATI BAŞLADI

SDU-DA TƏMİZLƏMƏ ƏMƏLİYYATI BAŞLADI


19-12-2013, 10:56
SDU-DA TƏMİZLƏMƏ ƏMƏLİYYATI BAŞLADI
Bu gün Təhsil nazirinin müavini Ceyhun Bayramov Sumqayıt Dövlət Universitetində keçirilən iclasda iştirak edib.

TİA.AZ xəbər verir ki, iclasda bildirilib ki, Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq Elxan Hüseynova həvalə edilib.

Sumqayitxeber.com-a daxil olan məlumata görə Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu müvəqqəti olaraq əvəz edən Tədris işləri üzrə prorektor Əkbər Ağayev və universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynov öz ərizələri ilə vəzifədən uzaqlaşdırılıb.

Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt Dövlər Universitetinin mətbuat katibi ilə əlaqə saxladıq. Metbuat katibi prorektorların öz ərizəsi ilə vəzifəsindən azad edildiyi faktını təsdiqlədi.

Geri qayıt