Əsas Səhifə > Gündəm, Manşet > TÜRKİYƏDƏ BAŞ VERƏN HƏBSLƏRİN ŞOK AZƏRBAYCAN İZİ

TÜRKİYƏDƏ BAŞ VERƏN HƏBSLƏRİN ŞOK AZƏRBAYCAN İZİ


19-12-2013, 10:01
TÜRKİYƏDƏ BAŞ VERƏN HƏBSLƏRİN ŞOK AZƏRBAYCAN İZİ
RZA ZƏRRABA ÖTÜRÜLƏN 180 MİLYON ABŞ DOLLARI KİMLƏRƏ ÇATMALI İMİŞ?

DİA.AZ: - Qardaş Türkiyədə baş verən ilginc olaylar Azərbaycanda xüsusi diqqətlə izlənilməkdədir. Təkcə ona görə yox ki, Azərbaycanın bir gömrük məmuru da həbs edilib və ona qarşı ciddi ittihamlar var. Hətta rəsmi dairələrimiz həbsi yanlışlıq kimi qələmə versələr belə… Həm də ona görə ki, həbslərin hədəflərindən biri - əslən Azərbaycan türkü olan iş adamı Rza Zərrab istintaqa maraqlı açıqlamalar verib və bildirib ki, o, təlimatları İrandan və Azərbaycandan alırmış. Bu isə ortaya xeyli müəmmalar çıxarmaqla yanaşı, həm də Rza Zərrabın Azərbaycanda tərəfdaşı ola biləcək fiqurlarla bağlı mətbuatımızı da hərəkətə keçirib.

Bununla bağlı DİA.AZ-a da müəyyən informasiyalar daxil olub. Redaksiyamızın elektron poçtuna göndərilən bilgilərdən belə aydın olur ki, əslində Rza Zərrabın Rusiyaya göndərdiyi və məşhur qalmaqallı şəkildə də təsvir olunan 180 milyon ABŞ dolları təkcə Azərbaycanda fəaliyyətdə olan banklar tərəfindən yuyulmayıb. Eyni zamanda bu vəsaitin Azərbaycanın nüfuzlu məmurları ilə də əlaqəsi var.

Bu barədə mənbənin iddia etdikləri: «Həmin 180 milyon ABŞ dolları Rza Zərraba ortaqlıq edən azərbaycanlı məmura aiddir. Sadəcə olaraq, Rza Zərrabın İranın xüsusi xidmət orqanları ilə yaxınlığı nəzərə alınaraq pullar İran Meli Bankın Azərbaycan filialında yuyulub və bundan sonra xüsusi partiyalarla və özü də nağd şəkildə Azərbaycandan çıxarılaraq Türkiyəyə daşınıb».

Mənbəmiz iddia edir ki, bu işdə Sədərək gömrüyünün də xidmətlərindən istifadə olunub: «Yəni burada Sədərək gömrüyünün rəisinin və həmçinin Türkiyədən gömrük qapılarına nəzarət edən fiqurların da həbs olunması təsadüfi deyil. Söhbət Rusiyaya ötürülən pulların ilk əvvəl Azərbaycandan İran yolu ilə Naxçıvana aparılmasından, sonra isə Türkiyəyə çatdırılmasından gedir. Bundan sonra Rza Zərrabın maxinasiyaları ilə həmin pullar Türkiyədə «qeydiyyata alınır» və ardından da Rusiyaya göndərilir».

TÜRKİYƏDƏ BAŞ VERƏN HƏBSLƏRİN ŞOK AZƏRBAYCAN İZİ

Mənbəmiz Rza Zərrabın Azərbaycandakı ortağının adını açıqlasa da, bu barədə konkret bilgilərimizin olmaması səbəbindən ad çəkmirik. Amma bildiririk ki, hələlik araşdırmalarımız davam edir və əlavə bilgiləri də diqqətinizə təqdim edəcəyik. Mənbənin sözlərinə gəlincə isə, qaynaq iddia edir ki, Rza Zərrabın həmin vəsaiti nədən Rusiyaya göndərməsi barədə istintaqla hər hansı formada əməkdaşlıq etməməsi sırf olaraq onun bu mövzuda bilgisizliyindən qaynaqlanır: «Rza Zərrab pulun «rəsmiləşdirilməsi» prosesində iştirakçıdır və bu işdə Türkiyənin nüfuzlu məmurlarıusiyaRusiy ilə də ortaq hərəkət edib. Və Rza Zərrab prosesdən faizini götürüb. Daha o, pulun təyinatı ilə bağlı bilgili deyil».

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Geri qayıt