Əsas Səhifə > Ölkə > SABİQ İCRA BAŞÇISI HƏBS OLUNUB
SABİQ İCRA BAŞÇISI HƏBS OLUNUB3-10-2011, 12:08 |
BUNA SƏBƏB İTAƏTSİZLİK GÖSTƏRİLİR Bir müddət öncə Salyan rayonunun sabiq icra başcısı Yusif Ələkbərov polis tərəfindən saxlanılıb. Rayondan Modern.az saytına verilən məlumata görə, buna səbəb sabiq başçının polisə itaətsizliyi olub. Bu itaətsizlik ona iki gün polisdə saxlanmaq hesabına başa gəlib. Verilən məlumata görə, məsələdən xəbər tutan rayonun polis rəisi Fuad Məmmədov hər kəsin qanun qarşısında cavabdeh olduğunu deyib və sabiq başçının saxlanması barədə göstəriş verib. Ancaq Yusif Ələkbərovun 5 gün saxlanması barədə məsələ sonradan 2 günlə əvəzlənib. Beləcə rayonun sabiq başçısı iki gününü polisdə keçirməli olub. Xəbəri dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. O, qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyində hər hansı məlumat yoxdur. Sabiq başçının özü ilə əlaqə yaratmaq cəhdimiz isə alınmadı. Geri qayıt |