Əsas Səhifə > Hadisə, Manşet > FƏRHAD ƏLİYEVİN AZADLIĞI YENİDƏN GÜNDƏMDƏ

FƏRHAD ƏLİYEVİN AZADLIĞI YENİDƏN GÜNDƏMDƏ


9-02-2012, 17:15
FƏRHAD ƏLİYEVİN AZADLIĞI YENİDƏN GÜNDƏMDƏ

KEÇMİŞ NAZİRLƏ BAĞLI RƏSMİ BAKIYA ŞOK ÜNVANDAN MÜRACİƏT EDİLİB

DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığın bir addımlığındadır. Bu barədə reldaksiyamıza hökumət içindəki məlumatı mənbələr xəbər verib. «Dünya» İnformasiya Agentliyinə (dia-az.site) çatan xəbərə görə, Fərhad Əliyevin məsələsi rəsmi Bakı qarşısında bir tələb kimi səsləndirilib və hakimiyyət çox çətin duruma düşüb.

Mənbəmizin söylədikləri: «Məsələ çox ciddidir və tələbi çox ciddi ünvan səsləndirib. Vəziyyət o şəkildədir ki, hətta əgər Fərhad Əliyev azadlığa buraxılmasa, o zaman «Avroviziya» yarışmasının təşkilatçıları Bakının ev sahibliyindən imtina edə bilərlər. Yəni söhbətin hansı ünvanlardan getdiyini təxmini olaraq hər kəs güman edə bilər».

Mənbəmiz bildirdi ki, Fərhad Əliyevin məsələsinin bu sərtliklə rəsmi Bakının qarşısında qaldırılması da səbəbsiz deyil: «Azərbaycan iqtidarı Fərhad Əliyevlə bağlı dəfələrlə beynəlxalq ünvanlara yalançı vədlər verib. Bunların hamısı yerli ictimaiyyətdən gizli tutulub. Və artıq qəti söz istənilir və hakimiyyətin may ayına qədər vaxtı qalıb. Hətta «Avroviziya» təşkilatçıları builki mahnı yarışmasının baş tutmamasına da hazırdırlar. Onlar bu halda heç də zərbə almayacaqlar və bu halda yalnız Azərbaycan hakimiyyəti beynəlxalq hədəfə çevriləcək və eyni zamanda bütün dünya qarşısında biabırçı bir mənzərə yaranmış olacaq».

Mənbəmiz sonda onu da bildirdi ki, ola bilsin Fərhad Əliyev bu ilin mart ayında buraxılsın: «Hər halda, rəsmi Bakının geri çəkilməkdən başqa bir yolu yoxdur».

Geri qayıt