Əsas Səhifə > Gündəm, Manşet > VƏHABİLƏR ÖZLƏRİNİ NƏDƏN BU QƏDƏR ARXAYIN HİSS EDİR

VƏHABİLƏR ÖZLƏRİNİ NƏDƏN BU QƏDƏR ARXAYIN HİSS EDİR


13-12-2013, 11:59
VƏHABİLƏR ÖZLƏRİNİ NƏDƏN BU QƏDƏR ARXAYIN HİSS EDİR
ARTIQ KİNO KİMİ İZLƏDİKLƏRİMİZ BU GÜN QAPIMIZIN AĞZINDA BAŞ VERİR

DİA.AZ: - Son olaraq Sumqayıtda baş verən olaylar bir daha təsdiqlədi ki, Azərbaycanda ciddi şəkildə vəhabi problemi mövcuddur. Əslində, onların problemə çevrilmələri barədə dəfələrlə yazılıb və maləsəf ki, hər hansı tədbirin görülməməsi vəhabilərin hətta öz aralarındakı fikir ayrılıqlarını belə silah gücünə həll etməyə qalxmaları ilə nəticələnir.

Sumqayıtı özlərinin «müqəddəs şəhərləri» elan edən vəhabilər təsəvvür edin, bu gün o qədər əmin-arxayındırlar, o qədər rahatdırlar ki, hətta dövlətin mövcudluğunu belə nəzərə almırlar. Artıq bunun adına hansısa ideologiyanın təntənəsi yox, hansısa təhlükəli idelogiyanın dövlətdən belə arxayınlaşması deyilir. Əgər bu belə deyilsə, o zaman əksi sübut olunmalıdır.

Dəfələrlə yazılıb və biz də DİA.AZ olaraq qeyd etmişik ki, hər cümə namazına 100 minə yaxın adamı toplayan vəhabilərin hansı günə hazırlaşmaları dövlətin müvafiq qurumları tərəfindən araşdırılmalıdır. Hər halda, onların ciddi şəkildə təşkilatlanmaları, habelə sıralarını günbəgün artırmaları insanlarda olan QİYAMƏT GÜNÜ QORXUSU ilə əlaqədar deyil. Yəni Azərbaycan insanı xarakterik keyfiyyətləri, mental dəyərləri baxımından o qədər mövhumatçı və CƏNNƏT SEVDALISI deyil ki, məhz bu səbəblə əlaqədar saqqalını uzadıb, şalvarını qısaltsın. Hətta Suriyada, Əfqanıstanda və digər vəhabi döyüş nöqtələrində ölümü belə göz önünə alsın.

Yəni hər kəs razılaşar ki, Azərbaycan insanı bu həddə və bu səviyyədə hansısa ideologiyanın arxasınca yürüməz. Deməli, ortada olan məsələ maddiyyatla bağlıdır. Və araşdırmalarımız da təsdiqləyir ki, bu gün necə ki, vəhabi olan şəxs böyük pullar qazanır, eləcə də vəhabilərin sırasını genişləndirənlərin qarşısında da böyük maddi imkanlar yaradılır. Ən acınacaqlısı isə odur ki, ayrı-ayrı məmurlarımız da bu çirkabdan axan pullara şəriklik edərək, vəhabilərin az qala ölkədə meydan sulamalarına qədər şərait yaratmaqdadırlar.

Və etməli? Təbii ki, bu sual ilk növbədə dövləti düşündürməlidir. Hər gün polisimizin artıq bu millətə qənim kəsildiyini gizlətməyən vəhabilərin gülləsinin qabağına verilməsi heç də vəziyyətdən çıxış yolu deyil. Artıq Azərbaycanda MTN və DİN-nin ona yaxın əməkdaşı məhz vəhabilərin gülləsinin hədəfinə çevrilib. Deməli, problemi həll etmək üçün problemin kökünə varılması vacibdir. Əks halda, kimsə bizim daha böyük təhlükələrdən sığortalandığımıza zamin durra bilməz.

Bu gün Azərbaycan insanı üçün Sumqayıtda baş verənlər sıradan bir hadisə deyil. Ola bilsin ki, vəhabilərin bu kimi əməllərini dünyanın başqa-başqa ölkələrində bir Hollivud filmi kimi rahatlıqla izləmişik. Amma bu dəfə həmin izlədiklərimiz bizim qapımızın ağzında baş verir. Bu barədə isə tək düşünmək yox, həm də tədbir görmək lazımdır. Azərbaycan dövləti və Azərbaycan xalqı adına…

Geri qayıt