Əsas Səhifə > Güney Press > BİNƏQƏDİDƏ DEPUTATIN ADINDAN İSTİFADƏ EDƏN KİMDİR?

BİNƏQƏDİDƏ DEPUTATIN ADINDAN İSTİFADƏ EDƏN KİMDİR?


12-12-2013, 14:21
BİNƏQƏDİDƏ DEPUTATIN ADINDAN İSTİFADƏ EDƏN KİMDİR?
Redaksiyamıza Bakı şəhər sakini, Binəqədi qəsəbəsi, Axundov küçəsi ev 5 ünvanında yaşayan Aslanov Ramil Cahan Tofiq oğlu tərəfindən ünvanlanmış şikayət ərizəsində millət vəkili Madar Musayevin yaxın qohumu olduğu iddia edilən Mirzəyev Valeh Vidadi oğlu tərəfindən törədilmiş dələduzluq əməlindən bəhs olunur. Öz ərizəsində R.Aslanov bildirir:

“2010-cu ilin yay aylarında Mirzəyev Valeh Vidadi oğlu ev tikmək adına məndən 6 min manat (altı min) borc almışdır. Bir aya qaytarmağı söz verdiyi həmin pulu ona atamın və anamın şahidliyi ilə vermişəm. Amma üstündən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, mən pulu Valehdən ala bilmirəm. Dəfələrlə bu barədə Valehə desəm də, o, cavabında mənə deyir ki, get hara istəyirsən şikayət elə. Mən o pulu sənə verməyəcəm. Valeh öz dayısı, deputat hacı Madar Musayevə arxalanaraq bu hərəkətləri edir və həm də qorxmadan bunu dilə də gətirir. Valeh Mirzəyev hal-hazırda Binəqədi qəsəbə icra nümayəndəsinin müavinidir. Xahiş edirəm Valehin bu işləri araşdırılsın və haqqımın qaytarılmasında mənə köməklik edilsin.”Qeyd etmək istəyirik ki, əməkdaşlarımızın əldə etdikləri məlumatlarda Valeh Mirzəyevin buna bənzər digər əməlləri barədə də açıqlamalar verilir. Bildirilir ki, Valeh öz qohumlarından və kənd camaatından azı 20 nəfəri aldadıb. İddialara görə qumar oyunlarına aludə olan bu şəxs, indiyədək müxtəlif insanlardan on min manatlarla pul alıb. Binəqədi kənd sakinlərinin ifadələrində isə Valeh Mirzəyevin fəaliyyətinin digər məqamlarına da aydınlıq gətirilir: “Biz pulu istəsək, Valeh bizi şərləyir, bizi borclu çıxarır. Bir plois işçisindən 3 ildir 3000 manat alıb ki, sənin evini sənədləşdirməyə dayım Madar kömək edəcək. Ramazanov 75-də qaynatasının evini alıb, 133 nömrəli avtobusların son dayanacağı hesabına 2 sot, kəndə giriş yolu hesabına 1,5 sot qaldığı həyətə qatıb. Öz evindən başqa 6 ədəd ev tikib, sənədsiz satıb. Hamısına da söz verib ki, dayım sizin evinizi sənədləşdirəcək. Köhnə evi birinə satıb pulu alan kimi, digərindən də pul alaraq evi ikinci dəfə satıb. Biz 1 maşın daş gətirdib, həyətdə hamam tikmək istəsək, polislər tökülüşüb pul istəyirlər ki, olmaz. Görəsən 7 ədəd evi və 1 mağazanı Valeh hansı icazəylə tikib? Həmən dayanacagın yanında sürücülər üçün tualet və zibilxanaı söküb, yerində çörəkbişirmə sexi tikib satdı. Zibilxananı isə yolun içinə çəkdi. Dayısının xətrinə ona hər şey olar. Kənd camaatı Madarı tərifləyirlər ki, yaxşı adamdır. Kəndin yolları pis vəziyyətdədir. Əgər özü yaşadığı kəndin yoluna fikir verməyən deputat, kəndin yaraşığı, X!X əsrin memarlıq abidəsi olan kənd hamamının bərpasına Favorit mağazalarından birinin bir aylıq gəlirini xərcləsəydi, Bakıda indiki zəmanəmzin xeyriyyəçi qəhrəmanı olardı...” Digər bir məlumatda isə Valeh Mirzəyevin bu əməllərindən hətta rayonun hüquq-mühafizə orqanlarının da xəbərdar olduqları, lakin nüfuzlu qohumunun hörməti xatirinə ona qarşı heç bir tədbir görülmədiyi iddia olunur: “Əgər 2011-2013-cü illərdə Binəqədi rayon məhkəməsində və Binəqədi rayon polis idarəsində Valehdən olan şikayətləri yoxlasalar, onun bütün əməlləri ifşa olunar. Valeh ona zəng edən borc verənləri söyür, zərərçəkənlər ona əks söyüş söyəndə isə telefona səslərini yazıb, prokurorluq orqanlarına göstərəcəyi ilə onalrı hədələyir, şantajla qorxuzub susdurur. Valeh dostunun adına özü üçün “Niva” maşını alıb sürür ki, borc verənlər maşını əlindən almasınlar. Millət vəkili Madar Musayevin xətrinə nə polis, nə prokurorluq, nə də məhkəmə bu işləri öz boynuna götürmürlər. Noyabrın 1-dən fırıldaqçı Valeh Mirzəyevi Binəqədi qəsəbə icra nümayəndəsinin müavini təyin ediblər. Kənd camaatı deyir ki, yəqin Valehi gənc “millət vəkili” etmək istəyirlər...”

Ümid edirik ki, materialda təqdim olunan məlumatlar Binəqədi RİH rəhbərliyinin, eləcə də hörmətli millət vəkili Madar Musayevin diqqətini cəlb edəcək və şikayətlərin obyektiv araşdırılması üçün bütün lazımi tədbirlər görüləcəkdir.

Geri qayıt