Əsas Səhifə > Güney Press / Manşet > ZAKİR HƏSƏNOV SƏNGƏRDƏKİ ƏSGƏRİ HEÇ DƏ UNUTMADI

ZAKİR HƏSƏNOV SƏNGƏRDƏKİ ƏSGƏRİ HEÇ DƏ UNUTMADI


12-12-2013, 13:53
ZAKİR HƏSƏNOV SƏNGƏRDƏKİ ƏSGƏRİ HEÇ DƏ UNUTMADI
DİA.AZ: - Havaların kəskin şəkildə soyuduğu bir vaxtda səngərdəki əsgərlərimizi unutmaq bəlkə də yalnız düşmən işi ola bilər. Bu gün vətəninin keşiyində dayanan və gerçəkdən də ölümlə hər an üz-üzə gələn Azərbaycan əsgərlərinə müdafiə naziri Zakir Həsənovdan xüsusi diqqət göstərilib. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən məlumat verilib.

Məlumatı verən mənbə iddia edir ki, dünən axşam saatlarından cəbhə xəttində yerləşən hərbi hissələrə birbaşa olaraq nazir Zakir Həsənovun göstərişi ilə əlavə olaraq isti geyimlər və ərzaq məhsulları çatdırılıb.

Mənbə bildirir ki, Zakir Həsənov eyni zamanda cəbhə bölgəsi olmayan kəskin hava şəraiti olan ərazilərdəki hərbi hissələrə də eyni qaydada diqqət ayırıb.

Hər halda, Zakir Həsənovun əsgərlərimizə olan bu xüsusi diqqəti alqışlanasıdır.

Geri qayıt