Əsas Səhifə > Ölkə > DÜNYA BANKINDAN FAZİL MƏMMƏDOVA İRADLAR

DÜNYA BANKINDAN FAZİL MƏMMƏDOVA İRADLAR


9-02-2012, 13:19
DÜNYA BANKINDAN FAZİL MƏMMƏDOVA İRADLAR

“TƏKMİLLƏŞDİRMƏ ÜÇÜN İMKANLAR BUNDAN SONRA DA MÜMKÜNDÜR”

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı ölkə rəhbərliyinin mühüm qərarları fonunda vergi xidməti investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı və gəlirlərinin artırılması sahəsində əhəmiyyətli rolunu davam etdirməlidir. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyin rəhbəri Cozef Ouen bu gün “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda Bakıda keçirilən ilk Vergi Forumundakı çıxışında bildirib.

Azərbaycanda vergi inzibatçılığı təkmilləşdirildiyini, sistemin getdikcə daha səmərəli olduğunu bildirən C.Ouen bildirib ki, “vahid pəncərə” sisteminin tətbiqi biznesə başlamağı asanlaşdırıb və bunun üçün xərcləri azaldıb: “Bu prosesə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası da töhfələrini verib. Biz tədqiqatlar aparmışıq və bu tədqiqatlar nəticəsində təkliflər verilib”.

C.Ouen bildirib ki, on-line vergi bəyannamələrinin tətbiqi fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərə də yaxşı imkanlar yaradıb: “Nəticədə vergi inzibatçılığı sahəsində çox böyük irəliləyiş var. Amma təkmilləşdirmə üçün imkanlar bundan sonra da mümkündür”.

C.Ouenin sözlərinə görə, Azərbaycan üzrə Beynəlxalq Valyuta Fondunun 4-cü Maddəsində qeyd olunur ki, orta və yüksək gəlirli qruplara aid olan dövlətlərlə vergi və qeyri-neft sektoruna aid göstəricilərdə Azərbaycanın göstəriciləri getdikdə yaxşılaşır.


Geri qayıt