Əsas Səhifə > Cəmiyyət > REZİN QAYIQDA OVA ÇIXMIŞDI...

REZİN QAYIQDA OVA ÇIXMIŞDI...


9-02-2012, 12:29
REZİN QAYIQDA OVA ÇIXMIŞDI...

VƏ XİLASEDİCİLƏRİN YARDIMI İLƏ ÖLÜMDƏN QAYITDI

Ötən gecə Xəzərin Azərbaycan sektorunda batma təhlükəsi ilə üzləşən balıqçı xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu ərazisindən rezin qayıqda ova çıxan 1 nəfərin hava şəraiti ilə əlaqədar geriyə qayıda bilməməsi və dənizdə köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub.

Görülmüş tədbirlər nəticəsində sahildən, təxminən, 100-150 m aralıda (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı) qayıqda aşkarlanmış vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat gecə saat 01:45-də başa çatıb.


Geri qayıt