Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISINA QARŞI SAKİNLƏR AKSİYA KEÇİRDİ

İCRA BAŞÇISINA QARŞI SAKİNLƏR AKSİYA KEÇİRDİ


11-12-2013, 11:39
İCRA BAŞÇISINA QARŞI SAKİNLƏR AKSİYA KEÇİRDİ
NARAZILAR LAÇININ İCRA BAŞÇISINI QOHUMBAZLIQDA İTTİHAM EDİRLƏR

DİA.AZ: - Ağcabədinin «Taxtakörpü» qəsəbəsində məskunlaşmış Laçın rayonundan olan qaçqınlar etiraz aksiyası keçiriblər. DİA.AZ bildirir ki, bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.

Məlumatda deyilir ki, aksiya bir neçə gün bundan əvvəl baş tutub. Etiraz mitinqinin keçirilməsi isə icra başçısı Akif Səlimovun rayonda ciddi səhlənkarlığa, özbaşınalığa və yerlipərəstliyə yol verməsiylə bağlı olub. Portala danışan rayon sakinlərindən biri qeyd edib ki, son dövrlər Laçının icra başçısı ancaq öz həmkəndlilərini və qohumlarını vəzifə başına gətirməklə yanaşı, həm də onların haqlarını tapdamaqla məşğuldur.

Rayonda korrupsiyanın tüğyan etdiyini bildirən sakinlərin sözlərinə görə, Akif Səlimovun hərəkətlərindən rəsmi qurumlara dəfələrlə müraciət edilsə də, nəticəsi olmayıb. Onlar belə davam edərsə, etiraz aksiyalarının Bakıda davam etdiriləcəyini bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Akif Səlimova qarşı daha bir aksiya keçirilmişdi. Şəmkənd Musiqi Məktəbinin kollektivi icra başçısı tərəfindən təyin olunmuş yeni direktora qarşı etiraz etmişdilər.

Geri qayıt