Əsas Səhifə > Hadisə, Manşet > QAFQAZ UNİVERSİTETİ ETİRAZA QALXDI
QAFQAZ UNİVERSİTETİ ETİRAZA QALXDI11-12-2013, 08:27 |
DİA.AZ: - İki gün əvvəl, 9 dekabr 2013-cü il tarixdə «Qafqaz Universitetində nələr baş verir» başlıqlı informasiya ilə çıxış etmişdik. Bildirək ki, DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatlar əsasında hazırlanmış bu xəbərlə bağlı portalımıza Qafqaz Universitetinin rektoru Əhməd Saniçin adından bir müraciət daxil olub. Həmin müraciətdə bildirilir ki, yazıda iddia olunanların heç bir həqiqətə uyğun deyil. DİA.AZ-a daxil olan müraciətdə bildirilir: «Qafqaz Universiteti elm-tədris mərkəzi olub, onun və əməkdaşlarının əsas qayəsi təhsil alanlara peşəkar təhsil xidməti göstərməkdir. Yazıda iddia edildiyi kimi hər hansı bir siyasi təbliğat aparmaq, dümnəçilik və nifaq toxumları çamqa deyil». Daha sonra müraciət müəllifi bildirir ki, yazıda Qafqaz Universiteti və onun əməkdaşı Mehmet Rıhtım ilə əlaqədar ortaya atılan iddiaların heç bir əsası yoxdur və şər şəbəkələrinin növbəti qaralama cəhdidir. DİA.AZ olaraq bildiririk ki, biz ilkindən təqdim etdiyimiz materialın bir tələbə müraciəti əsasında hazırlandığını vurğulamaqla yanaşı, qarşı tərəfin də mövqeyi üçün açıq olduğumuzu bəyan etmişdik. Və elə bu sarıdan peşəkar KİV olaraq peşəmizin yaratdığı şərtlərə riayət edib, qarşı tərəfin də mövqeyini arzuladığı tərzdə işıqlandırdıq. Bəri başdan bildiririk ki, bu iddialarla bağlı yenə də bütün tərəflərə, hətta universitetlə bağlı iddiaları səsləndirən tərəf üçün də portalımız açıqdır, mövqeyini işıqlandıra bilərik. Geri qayıt |