Əsas Səhifə > Cəmiyyət > DEPUTAT SEÇİCİLƏRİNDƏN ŞİKAYƏT EDİR

DEPUTAT SEÇİCİLƏRİNDƏN ŞİKAYƏT EDİR


8-02-2012, 18:48
DEPUTAT SEÇİCİLƏRİNDƏN ŞİKAYƏT EDİR

“SEÇİCİLƏRİN İSTƏYİ BİTİB-TÜKƏNMİR…”

Qaynar.info deputatlarla bağlı layihəsini davam etdirir. Bu dəfə millət vəkilləri seçicilərdən onlara daxil olan müraciətlər və həll yolları haqqında danışacaqlar.

Qaynar.info-ya açıqlamasında Millət vəkili Yevda Abramov bildirdi ki, seçicilərdən əsasən kommunal problemlərinin həlli ilə bağlı müraciətlər alır: “Seçildiyim dairənin əsas hissəsi kənd yerlərini əhatə edir. Buranın sakinləri də daha çox maddi təminatı aşağı olan vətəndaşlardır. Buna görə, bəzən onlardan deputat səlahiyyətinə aid olmayan, məişət və şəxsi problemlərinin həlli məqsədilə şikayət məktubları alırıq. Şikayətlərin çoxu kommunal problemlərlə bağlıdır. İşıq, qaz, su, yol problemləri bizi daha çox məşğul edir. Digər tərəfdən sosial təminatı çox aşağı olan, müharibədə iştirak edən, əlillik dərəcəsi olan seçicilərdən də mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı xahişlər eşidirik”.

Seçicilərin müraciəti əsasında müvafiq qurumlarla mütəmadi işlədiyini deyən Millət vəkili əksər hallarda vətəndaşların qaldırdıqları problemləri də yoluna qoyduğunu diqqətə çatdırdı: “Bu gün Quba rayonunda elə bir məktəb tikilib istifadəyə verilib ki, Bakıda belə məktəb yoxdur. Rayonun mərkəzi hissəsi yüksək səviyyədə təchiz edilsə də, kəndlərdə müəyyən problemlər qalır. Təəssüf ki, seçicilərin istəyi bitib-tükənmir. Onlar tələskənliyə yol verərək, bütün problemlərinin qısa müddətə həllini tələb edirlər. Lakin başa düşmək lazımdır ki, ölkə böyükdür və bütün problemləri mərhələ-mərhələ həll etmək, elə istəkləri də buna adekvat ifadə eləmək daha məqbuldur. Bu günlərdə Qarabağ döyüşlərində ayağını itirmiş seçicilərimdən birinin mənzil problemi ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi Naziri Fizuli Ələkbərova etdiyim müraciətə müsbət cavab verildi. Nazirlik həmin vətəndaşı evlə təmin etdi. İndiyə qədər dəfələrlə seçicilərdən daxil olan şikayətlərin həllinə nail olmuşam”.

QayNar


Geri qayıt