Əsas Səhifə > Gündəm, Manşet > KREML-BAKI MƏXFİ DANIŞIQLARI NƏDƏN SƏNGİYİB?
KREML-BAKI MƏXFİ DANIŞIQLARI NƏDƏN SƏNGİYİB?10-12-2013, 11:15 |
HƏR İKİ TƏRƏF UKRAYNADA BAŞ VERƏN OLAYLARI DİQQƏTLƏ İZLƏMƏKDƏDİR DİA.AZ: - Ukraynada Avropa ilə Rusiyanın savaşı daha da gərgin məcraya yön alıb. Əslində bu, gözlənilən idi də. Hər halda, Rusiyanın əlini kürəyində hiss edən Yanukoviçin asanlıqla öz kürsüsünü tərk edəcəyini gözləyənlər yanılırlar və bu, baş verməyəcək də. Elə Yanukoviçin açıqlamalarından da görünəni odur ki, Ukrayna prezidenti mövcud təzyiqlərin qarşısında geri çəkilmək niyyətində deyil. Təbii ki, bu gün Ukraynada baş verənlərin Azərbaycana da birbaşa təsir edəcəyi gün kimi aydındır. Doğrudur, Bizim bəzi həvəskar politoloqlarımız sanki futbola azarkeşlik edirmiş kimi duyğularına söykənərək «stavka»larını bir-birinin ardından yağdırmaqdadırlar. Amma reallıq heç də insanların arzuladıqlarının ifadəsi ilə eyni deyil. Və bu gün Ukraynada cərəyan edən olayları qiymətləndirərkən «müxalifət qüvvələri qələbə qazanacaq» deyənlər Avropanın qüdrətini nəzərə almış olsalar da, Rusiyanın niyyətində nə qədər israrlı olduğunu heç də təxmin etmək istəmirlər. Məsələ isə Avrasiya Birliyi ideyasından başladığından bütün baş verənlərə də məhz qeyd olunan prizmadan yanaşılmalıdır. Bu isə o deməkdir ki, Rusiya qulağının dibində məğlubiyyətə alışqın deyil və Avropanın tərs silləsini qulağının dibində hiss etmək fikrindən uzaqdır. Elə buna görə də Avropa tərəfdarlarının Ukraynada müqavimətlərini daha da şiddətləndirilməsi fonunda yeni bir versiya da gündəmi məşğul etməkdədir: UKRAYNA VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ SÜRÜKLƏNİR… Yəni bu o deməkdir ki, əgər Avropa da Ukraynadakı mövqelərində Rusiya qədərində israr edərsə, o zaman vətəndaş müharibəsi qaçılmaz olacaq. Və bu da kifayət qədər realdır. Çünki avropalılar əhalisinin böyük çoxluğu pravoslav olan Ukraynaya da eynən müsəlman ölkəsi qədərində biganədirdər. Sırf olaraq xristian tacirlər birliyi ideyası üzərində köklənmiş Avropa Birliyinin bu günə qədər müsəlman Kosovonu belə içinə almaması onun mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Halbuki Kosovonu Avropa basqı ilə Serbiyadan qoparmış oldu. Amma onu içinə alıb, Avropa Evinin bərabərhüquqlu üvzünə çevirmədi. Çünki bu, Avropa Birliyinin alt yapısında olan prinsiplərə zidd idi. Həmin prinsiplər səbəbindən Albaniyanın özü belə bir müsəlman ölkəsi olaraq Avropanın içində anklav təşkil etməkdədir. Bu baxımdan Avropanın müsəlmanlar kimi «ikinci sort» gözündə gördüyü pravoslavlara qarşı da amansız mövqe sərgiləyəcəyi gözləniləndir. Yəni Ukraynada vətəndaş müharibəsi ideyası kifayət qədər aktualdır. Və bu prosesdən, yəni hətta müharibə yolunun yekunlarından da Rusiyanın qalib çıxacağı şəkksizdir. Çünki Rusiya Avropa Birliyi memarlarından fərqli olaraq özünün Avrasiya Birliyinə Avropanın dışladığı pravoslav-müsəlman ittifaqı kimi yanaşır. Və hətta gözlənilir ki, Rusiya mövqelərini möhkəmləndirdikdən sonra bu ittifaqa Serbiya kimi Avropa ölkələri belə cəlb olunsun. Təbii ki, Rusiyanın pulunun gücünə… Belə bir şəraitdə rəsmi Bakının ehtiyatlı davranması isə bir nömrəli şərtdir. Həm ona görə ki, rəsmi Bakı proseslərdən uduşla çıxmaq zorundadır və həm də ona görə ki, qəzəblənmiş Rusiyanın yanlış hədəfinə çevrilməmə naminə ehtiyatlı olmaq vacibdir. Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki məlumatlı mənbə bildirir ki, Ukraynada baş verənlərdən dolayı rəsmi Bakı ilə Kreml arasındakı danışıqların intensivliyi də səngiyib: «Təbii ki, Azərbaycan tərəfi bunu anlaqlı qəbul edir. Çünki Rusiya hələ Ukraynada imtahan verir. Və danışıqlar masasına Kiyev qələbəsinin ardından dönmə fürsəti əldə edərsə, o zaman Rusiyanın mövqeləri daha da güclənmiş olacaq. Bu halda, rəsmi Bakının şərtlərində korrektə etməsi gündəmə gələcək». Mənbəmiz artıq Azərbaycanın Gömrük İttifaqı ilə bağlı müəyyən tədarüklər içində olduğunu da söylədi: «Bunun üçün müvafiq qanunvericilik bazası da formalaşdırılmalıdır. Təbii ki, bu tədarük qəti qərar kimi qəbul oluna bilməz. Çünki irəlidə Rusiyanın ödəməli olduğu bədəllər var. Söhbət Qarabağ münaqişəsinin həllində Azərbaycana veriləcək dəstəkdən gedir»… Geri qayıt |