Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT CİDDİ DƏYİŞİKLİKLƏR ASTANASINDA
HAKİMİYYƏT CİDDİ DƏYİŞİKLİKLƏR ASTANASINDA10-12-2013, 09:05 |
MƏMURLAR ARASINDAKI RƏQABƏT MƏSƏLƏSİ BİRDƏFƏLİK OLARAQ ÇÖZÜLƏCƏK DİA.AZ: - «Əslində hakimiyyət daxilindəki çəkişmələrə son qoyulmayıb. Sadəcə olaraq müəyyən məsələlərlə bağlı yekun «razborkalar» ertələnib». Bunu hökumət içindəki mötəbər mənbə redaksiyamızı bilgiləndirərkən deyib. Qaynaq iddia edir ki, hələ də özünü hakim komandada diskomfort hiss edən qüvvələr var: «Həmin qüvvələr seçkilərə qədər də rəqib cinah müəyyən edib onların üzərinə yeriyirdilər. Amma alınmadı. Çünki proseslərə prezident müdaxilə etdi. Nəticədə geri çəkilmək zorunda qaldılar. Lakin seçkilərdən sonra vəziyyət kifayət qədər dəyişdi. Həyata keçirilən kadr islahatları, həmçinin Nazirlər Kabinetinin son heyəti də ortaya maraqlı bir mənzərə çıxarmış oldu». Mənbəmiz iddia edir ki, amma rəqiblər arasında münasibətlər hələ də gərgin atmosferdədir: «Təbii ki, bir həlledici «döyüş» olmalıdır. Bunun adına «döyüş» də demək olar, «mövqe aydınlaşması» da… Amma burada bir vacib məqam var. Prezident kimə dəstək verəcək? Sual budur. Və hər şey prezidentin seçimindən asılıdır. Hansı qüvvə prezidentə yararlı və sədaqətli olduğunu sübuta yetirəcəksə, onlarla da yola davam deyiləcək. Başqa bir şəraitdə dəyişiklik mümkün deyil. İndiki şəraitdə görünəni odur ki, hələlik tərəflər prezident seçkilərindən sonra yaranmış status-kvo ilə hesablaşaraq bunun davamiyyətində maraqlıdırlar. Amma bir-birilərini nişangahda da saxlayırlar və fürsət axtarışındadırlar». Mənbəmiz intriqa içində olan iqtidardaxili güclərin bir-birilərinə qarşı kampaniyalarını davam etdirdiklərini də söylədi: «Burada maraqlı bir neçə məqam var. Onlar mətbuatla fəal surətdə işləyirlər. Bunu kifayət qədər həssas dairələr hiss edə bilir. Cəmiyyət isə baş verənlərdən xəbərsiz kimi verilən «şok informasiyaların», «şok açıqlamaların» peşindədir. Əslində isə onlar savaşırlar. Və mətbuatda görünən fikir toqquşmalarını bağlı qapı arxasında çözələyirlər. Ardından məmurlararası «razborka»ların meydanına çevrilən mətbuatda bir-birinin ardından təkzib yazıları dərc olunur. Bu da artıq bir «razborka»nın bitməsindən xəbər verir. Ertəsi gün isə növbəti cəbhə açılır». Vəziyyətin bu şəkildə uzun müddətə sürməyəcəyini bildirən qaynaq onu da əlavə etdi ki, yaxın günlərdə həlleidici qərarlar veriləcək: « Artıq hakimiyyətin ən üst düzəyi tərəfindən seçim edilib. Bu seçimin nəticələri yaxında əksini tapacaq. Ciddi kadr islahatları gözlənilir. Hətta 22 oktyabr tarixində təsdiqlənmiş Nazirlər Kabinetinin heyətinə təkrarən əl də gəzdirilə bilər. Bu gün oliqarx-məmur kimi mətbuatda az qala «toxunulmaz» olaraq təqdim olunan iri fiqurlardan birinin «aşırılması» da gözləniləndir. Hər şey tədricən baş verəcək»… Geri qayıt |