Əsas Səhifə > Siyasət, Manşet > YENİ VƏZİFƏLƏRƏ TƏYİNAT ƏSASƏN YAP-DAN OLACAQ
YENİ VƏZİFƏLƏRƏ TƏYİNAT ƏSASƏN YAP-DAN OLACAQ9-12-2013, 12:02 |
HAKİM PARTİYA GÖZLƏNİLƏN DƏYİŞİKLİKDƏ KADR BAZASI ROLUNU OYNAYIR DİA.AZ: - Nazirlər Kabinetində yeni struktur islahatlarının start düyməsi gələn ildən basılacaq. Bu barədə DİA.AZ-a NK-dakı məlumatlı mənbələr xəbər ötürüb. Xatırladaq ki, bir neçə gün əvvəldən bu barədə informasiya vermişdik. Və qeyd etmişdik ki, Nazirlər Kabinetində bir sıra dövlət qurumlarının birləşdirilməsi planlaşdırılır. DİA.AZ-a az əvvəl daxil olan informasiyadan aydın olur ki, yanvar ayının 1-dən etibarən həm NK strukturlarında boş qalan vəzifələrə təyinat olacaq və həm də yeni islahatlar həyata keçiriləcək. Mənbə iddia edir ki, bu zaman bəzi YAP fəallarının da görəvləndirilməsi gözlənilir. Qeyd edək ki, bu ilin 22 oktyabr tarixində hakim Yeni Azərbaycan Partiyasının icra katibi, YAP sədrinin müavini Əli Əhmədov baş nazirin müavini postuna irəli çəkildi. Eyni qaydada daha bir neçə YAP fəalının da vəzifəyə gətirilməsi gözlənilir. Geri qayıt |