Əsas Səhifə > Partiya > MİLLİ ŞURADAN ƏLİ KƏRİMLİYƏ CAVAB GƏLDİ
MİLLİ ŞURADAN ƏLİ KƏRİMLİYƏ CAVAB GƏLDİ9-12-2013, 11:27 |
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə Milli Şuranın dağılması bağlı yazdığı statusa münasibət bildirib. Cəmil Həsənli ANS PRESS-ə açıqlamasında, Milli Şuranın mümkün olacaq hər şeyi etməyə çalışacağını söyləyib: "Hər halda bu gün Milli Şura mümkün olan hər şeyi etməyə çalışacaq". AXCP sədri Əli Kərimli Milli Şuranı qiymət atımı ilə bağlı heç nə etməməkdə günahlandırıb. Milli Şura sədri Cəmi Həsənli isə Əli Kərimliyə cavab olaraq, Milli Şuranın mitinq keçirəcəyini söyləyib: "Qiymət artımı ilə bağlı artıq Milli Şura mitinq keçirmək üçün müraciət edib". Cəmil Həsənli qiymət artımı ilə bağlı Milli Şuranın mitinqini dekabrın 15-də keçirəcəklərini söyləyib: "Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirməklə bağlı müraciət etmişik. Mitinqə hazırlıq gedir. Hələ müraciətimizə razılıq veriliməyib". Qeyd edək ki, AXCP sədri Əli Kərimli, Milli Şura daxilində yaranmış mübahisələrə münasibət bildirib. O, Facebook səhifəsində yazıb ki, demokratik düşərgənin gündəmini Milli Şuranın dağılması məsələnsinin məşğul etməsi təəssüf doğurur. AXCP sədri Milli Şuranı qoruyub-gücləndirməyə çağırış edib: “Əlimizdə olan uğurları dağıtmaq istəyirlər”. Geri qayıt |