Əsas Səhifə > Gündəm, Manşet > SƏLİM MÜSLÜMOVUN NAZİRLİYİNDƏ NƏLƏR BAŞ VERİR?

SƏLİM MÜSLÜMOVUN NAZİRLİYİNDƏ NƏLƏR BAŞ VERİR?


9-12-2013, 11:22
SƏLİM MÜSLÜMOVUN NAZİRLİYİNDƏ NƏLƏR BAŞ VERİR?
ƏƏSMN-NİN YÜKSƏK RANQLI İŞÇİLƏRİNDƏN NÖVBƏTİSİ HƏDƏFƏ ALINIB

DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri postuna təyin edildikdən sonra Səlim Müslümovun sanki yeni bir imajının cızılmasına girişildi. Əslində, bu, bir yeni siyasət idi. Və hakimiyyətin yeni dəst-xətti diqtə edirdi ki, nazirlər islahatçı kimi görünsünlər. Lakin xüsusi olaraq Səlim Müslümov yeni imicin şərtlərindən doğan davranış heç də yaraşmadı. Ən azından yeni imic bir qədər çeviklik və səmimilik tələb edir ki, bunlar da «sobez»lərdən yaxşı tanıdığımız Səlim Müslümov üçün heç də xarakterik hesab olunmur.

Təbii ki, istənilən halda yaxşılığa doğru bütün dəyişikliklər alqışlanmalıdır. Və əgər Səlim Müslümov həqiqətən də yaxşılığa doğru dəyişiklik qərarı veribsə, hətta hazırki qeyri-səmimi görüntüsüylə belə cəmiyyət üçün müsbət fiqur hesab oluna bilər. Amma bir daha vurğulayırıq, əgər həqiqətən də belədirsə…

Və bu gün əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, əslində ƏƏSMN-də baş verənlər daha çox gözdən pərdə asmağa xidmət edir. Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondundakı ənənələrini ƏƏSMN-də dirçəltməkdən artıq nəyisə etmək niyyətində deyil. Çünki Səlim Müslümovun Fizuli Ələkbərovun yerinə nazir təyin olunmasına qədər DSMF-nin strukturlarındakı vəziyyət ƏƏSMN-nin strukturlarındakı durumdan qat-qat bərbad idi. Ən azından Fizuli Ələkbərov vəzifəsinin son aylarını həqiqətən də rəhbəri olduğun istiqamətin hədəfi olan sosial zümrənin rifah halının yüksəldilməsi işinə sərf etmişdi.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu gün ƏƏSMN-də qalan bütün köhnə kadrlar «yeni siyasət»lə əlaqədar olaraq «maarifləndirilirlər». Bu barədə danışan mənbənin söylədikləri: «Yəni hər kəsə diqtə olunur ki, hansı şərtlərlə işləyəcəklər». Xatırladaq ki, bir neçə gün əvvəl bu məsələ ilə ələqədar danışan Səlim Müslümovun özü mətbuatda yazılanları ələ salırmış kimi davrandı və bildirdi ki, mətbuat filan vəzifələrə görə, pul alındığını yazır, amma o, heç bir təyinat etməyib.

Əslində Səlim Müslümov həmin zaman səmimi idi. Çünki o, əslində DSMF-dəki bir neçə kadrını ƏƏSMN-ə transfer edib ki, bunlar da nazirin gözündə kadr islahatı hesab olunmur. Yəni bu addım sadəcə olaraq yeni nazirin özünə komanda qurma cəhdidir və burada maddi maraqlar arxa plandadır. Elə buna görə də Səlim Müslümov hələ kimisə vəzifəyə təyin etmədiyini belə əminliklə deyir. Həm də izahlayır ki, vəzifəyə təyin etmənin də bir müqabili var.

Redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, bu gün işindən atılan ƏƏSMN-dəki rəhbər işçilərin vəzifələri rəsmən satılığa qoyulub. Mənbə iddia edir ki, hər bir vəzifənin konkret qiyməti var: «Həm vəzifədə qalmaq üçün, həm də vəzifəyə gəlmək üçün tələb olunan məbləği ödəmək lazımdır. Yəni restoran menyüsü kimi hər şeyin öz qiyməti var».

Mənbəmiz bu arada maraqlı bir məlumatı da açıqladı: «Fizuli Ələkbərovun vaxtından yüksək vəzifə tutan nazirlik işçilərindən biri ilə danışıq gedir. Vəzifəsində qalmaya da bilər. Bu danışığın baş tutub-tutmamasından asılıdır. Yaxın günlərdə nəticəsini biləcəyik».

Geri qayıt