Əsas Səhifə > Hadisə > BAKININ DÜNYA İLƏ ƏLAQƏSİ KƏSİLDİ
BAKININ DÜNYA İLƏ ƏLAQƏSİ KƏSİLDİ8-02-2012, 12:39 |
BAKIYA GƏLƏN TƏYYARƏLƏR TEHRANA VƏ MAHAÇQALAYA ENİR Ötən gecə Bakıda son on ildə ən soyuq hava şəraiti olub. Temperatur -10 dərəcəyədək enib. Fevralın 8-də səhərdən paytaxtda şaxta 8 dərəcə təşkil edib. Saniyədə 15 metrədək əsən külək havanı daha da sərtləşdirir. Qar yağır. Ölkə regionlarında da analoji hava şəraiti hökm sürür. Bütün yollar buz bağlayıb. Sinoptiklərin proqnozlarına görə, fevralın 9-da bu cür hava şəraiti davam edəcək, güclü şimal küləyi əsəcək, çovğun, 6-10 dərəcə şaxta olacaq. Qeyri-adi hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar avtomobil sahiblərinin çoxu onlardan istifadə etmir. Sakinlər özləri də evdə qalmağa üstünlük verirlər. Məktəblərdə dərslər ləğv olunub. Bu səbəbdən də küçələr boş, adamsızdır. Hava şəraitinin kəskin pisləşməsi, çovğunla əlaqədar görüntünün kəskin azalması səbəbindən Bakı beynəlxalq hava limanı təyyarələri qəbul edə bilmir və bütün uçuşlar təxirə salınıb. Bu barədə Turan-a hava limanının məlumat bürosundan bildirilib. Bu gün London - Bakı reysi ilə uçan təyyarə Tehrana, Kazan-Bakı reysi ilə uçan təyyarə isə Mahaçqalaya enməli olub. Geri qayıt |