Əsas Səhifə > Ölkə > BÜTÜN RƏİSLƏR DİN-Ə ÇAĞRILIB
BÜTÜN RƏİSLƏR DİN-Ə ÇAĞRILIB3-10-2011, 11:30 |
NAZİRLİKDƏ GENİŞ TOPLANTI Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçiriləcək. APA-nın məlumatına görə, oktyabrın 8-də respublikanın bütün şəhər və rayonlarının polis rəisləri nazirliyə toplaşacaq. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçiriləcək kollegiya iclası axtarışda olanların tutulması, itkin düşən şəxslərin tapılması və 9 ayın yekunlarına həsr olunub. Kollegiyada, həmçinin, ölkə ərazisində baş verən cinayət hadisələri, həmin cinayətlərin açılması istiqamətin görülmüş işlər və kriminogen durum müzakirə ediləcək. Geri qayıt |