Əsas Səhifə > Güney Press / Manşet > BAŞ NAZİRİN MÜAVİNİNİN AYLIQ RÜŞVƏT В«NORMASIВ»
BAŞ NAZİRİN MÜAVİNİNİN AYLIQ RÜŞVƏT В«NORMASIВ»7-12-2013, 13:41 |
|
Heydər Əsədovun ani bir araşdırması İsmət Abbasova qarşı ciddi faktları ortaya çıxarıb DİA.AZ: - Cümə günü aydın oldu ki, Bakı Şəhər Baytarlıq İdarəsinin 4 işçisi tutduğu vəzifədən azad edilib. Məlumatda deyilirdi ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev öz ərizələri ilə işdən azad olunublar. Mədət Qocayev Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın əmri, digər 3 nəfər isə nazir Heydər Əsədovun əmri ilə işdən azad ediliblər. Onu da bildirək ki, bu olayla bağlı DİA.AZ-a ilginc faktlar daxil olub. Bu barədə kənd təsərrüfatı nazirliyindəki mənbənin açıqladığı faktları diqqətinizə təqdim edirik: В«Kənd təsərrüfatı naziri Heydər Əsədov, müavini İlham Quliyev, Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə xanım Rüstəmova Bakı Şəhər Baytarlıq İdarəsində iclas keçirib. İclasın sonunda cənab nazir öz müavini İlham Quliyevə tapşırıb ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayevin, müavini-Müalicəxananın rəisi Hacı Şahların, idarənin baş mühasibi Minə xanımın və Binəqədi Baytarlıq İdarəsinin rəisinin işdən çıxmaqla bağlı ərizələrini alsın. Və bir neçə dəqiqədən sonra həmin vəzifəli şəxslərin ərizələri alınıbВ». Mənbəmiz bu məlumatla yanaşı ilginc bir faktı da açıqlayır: В«Şahmar Abdullayev vəzifəsindən alınmamışdan əvvəl nazir Heydər Əsədovun yanında olub. Və maraqlıdır ki, nazirlə aralarındakı dialoqdan sonra Heydər Əsədov Şahmar Abdullayevi vəzifəsindən alma qərarını verib. Hər halda, hər kəs üçün nazirlə Şahmar Abdullayev arasındakı dialoqun mətni kifayət qədər maraqlı olarВ». Bu barədə danışan mənbə həmin dialoqla bağlı da məlumat verir: В«Çıxarılmamışdan iki gün öncə Şahmar Abdullayev 30 min manatla cənab nazirin yanında olub. Cənab nazir soruşub ki, bu nə puldur..? Şahmar deyib ki, В«hər ay gətirib İsmətə (köhnə kənd təsərrüfatı nazir, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasov nəzərdə tutulur -red.) verirdimВ»... Cənab nazir Şahmarı otağından qovub. Beləliklə, bir daha aydın oldu ki, yeni nazir həqiqətən də rüşvətdən və korrupsiyadan uzaq məmurdurВ». Mənbəmiz əlavə edir ki, bundan sonra Heydər Əsədov həm Şahmar Abdullayevin və həm də digərlərinin vəzifələrindən alınmaları ilə bağlı qərar verib: В«Tək bununla kifayətlənməyən Heydər Əsədov həm də İsmət Abbasovun dövründə fəaliyyətdə olmuş pulyığma mexanizminə də ulaşa bilib. Belə ki, artıq Şahmar Abdullayevlə danışığından sonra yeni nazir kimlərin İsmət Abbasova nə qədər pul verdiyini araşdırtmağa başlayıb. Və ortaya ilginc rəqəm çıxıb. Aydın olub ki, İsmət Abbasov bir ay ərzində ən azından 400 min manata yaxın В«qazancВ» götürürmüşВ». Hər halda, Heydər Əsədovun əlindəki bu qiymətli faktlardan hansı formada istifadə edəcəyini müəyyən etmək üçün zamana ehtiyac var. Yəni nəticələrdən hər şey bəlli olacaq. Çünki Heydər Əsədovun əlində detallı və konkret dəlilli faktların olduğu iddia edilir. Bu barədə danışan mənbəmiz əlavə edib ki, əgər bu faktları yeni nazir В«yuxarılaraВ» təqdim edərsə, onun necə qarşılanacağını təxmin etmək asan deyil: В«Çünki İsmət Abbasov nazir postundan alınsa da, baş nazirin müavini vəzifəsinə təyin olunub. Yəni onda belə bir təəssürat yaranacaq ki, nazir baş nazirin müavinini rüşvətxorluqda ittiham edir»… Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |